Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə35/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   98
Müh 2016

7. Göz yaşardıcı ZM
 
Xlorpikrin
(CCI
3
NO
2
) – hələ 1848-ci ildən məlumdur. Xlorpikrin tənəffüs 
orqanlarını və gözün selikli qişasını qıcıqlandırır. Bundan əlavə xlorpikrin 
ürəkbulanma və qusma, yüksək qatılıqda isə boğucu təsir göstərir. Xlorpikrin təmiz 
halda rəngsiz, xoşagəlməz iyə malik mayedir. Texniki xlorpikrin isə sari-qəhvəyi 
rəngli mayedir. Suda çətin, üzvi həlledicilərdə isə yaxşı həll olur. Uçuculuq 
qabiliyyətinə malikdir. Onun buxarları 5,7 dəfə havadan ağırdır. Hətta suda 
qaynatdıqda belə o, parçalanmır. 
Deqazasiya: qələvilərin və natrium sulfidin spirtdə və yaxud su-spirt məhlulları ilə 
mümkündür. 
Xlorasetofenon
– sarı kristal halında olan bənövşə iyinə malik çox güclü zəhərli 
maddədir. İlk dəfə 1871-ci ildə alınmışdır. Suda demək olar ki, həll olmur, üzvi 
həlledicilərdə yaxşı həll olur.
Toksiki xassələri: bu maddənin xırda tozcuqları gözün selikli və buynuz qişalarına 
düşərsə, nəm qişada olan sinir uclarını ara kəsilmədən qıcıqlandırır və bunun 
nəticəsində yaşaxma baş verir. Zəhərlənmə əlamətləri adətən dərhal başlanır və 10-
15 dəq. sonra maksimum həddə çatır. Gözyaşı ilə birlikdə ağrı, sancı, gicişmə hissi 
və tez-tez göz qırpması baş verir. Zəif qatılıqlarda zəhərlənmələr bu əlamətlərlə 
qurtarır. Yüksək dozalarda isə göz qapaqlarının şişməsi, göz almasının qızarması, 
şişkinliyi, kəskin işıqdan qorxma, görmə qabiliyyətinin zəiflənməsi müşahidə 
olunur. Yüksək qatılıqda xlorasetofenon ürək fəaliyyətinin pozulmasına, ağ 
ciyərlərin iltihabına və dərinin zədələnməsinə səbəb ola bilər. 
0,05 mq/l qatılıqda xlorasetofenon ilə 
zəhərləndikdə ağ ciyərlərdə şiş əmələ 


gəlir. 0,1 mq/l qatılıqda isə dəriyə təsir
göstərir. 0,85 mq/l qatılıqda insan 
əleyhqazsız olarsa, 10 dəqiqə ərzində ölə bilər. 
Mühafizə – Fərdi mühafizə vasitələri ilə. Deqazasiya: xlorasetofenonla 
zəhərlənmiş yerləri və əşyaları Natrium sulfidin 10%-li suda məhlulu ilə qələvi 
əlavə etməklə neytrallaşdırırlar. 
İlk yardım:
ən əvvəl zədələnmiş şəxsə əleyhqaz geydirib təmiz havaya çıxarmaq 
lazımdır. Sonra gözlər adı su ilə təmiz yuyulur, yaxşı olar ki, birinci sutkada gözlər 
2% çay sodası ilə yuyulsun. Şiddətli yaşaxmada gözə 1-2 damcı 1,0% atropin 
tökülməlidir. Bərk ağrılarda isə 1,0% diamin kodein və ya 2% novokaindən 
istifadə edilir. Göz gicişərkən ona əl vurmaq olmaz çünki gicişən yerə əl vurduqda 
qıcıqlanma kəskinləşir həmçinin gözə infeksiya da keçə bilər 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin