Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Mövzu 4.2 Kimyəvi zəhərləyici və güclü təsirli zəhərli maddələr, onların



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə36/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   98
Müh 2016

Mövzu 4.2 Kimyəvi zəhərləyici və güclü təsirli zəhərli maddələr, onların 
orqanizmə təsiri.Kimyəvi zədələnmə ocagında əhalinin davranışı.
(Seminar) 
Hazırda dünyada 20 mln. artıq kimyəvi birləşmə məlumdur. Bu geniş kimya 
aləmindən bizi istehsalatda və məişətdə 100-dən çox Güclü Təsirli Zəhərləyici 
Maddələr (GTMZ) əhatə edir. Bir çox belə maddələr istehsalatın ayrılmaz hissələri 
olmuşlar. Respublikamızın bəzi təsərrüfat obyektlərində GTZM-dən bilavasitə 
istehsal məqsədi üçün, yada istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin 
edilməsi üçün istifadə edilir. 
GTZM təsərrüfat məqsədləri ilə işlədilən elə kimyəvi maddələrə deyilir ki, onlar 
ətrafa dağılarkən və ya yayılarkən havanın zədələyici konsentrasiyalarda 
zəhərlənməsinə səbəb olur. GTZM-in, onlar saxlanılan tutumlardan və qablardan 
kənara axması, həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxtı nüvə 
partlayışının zərbə dalğasından və adi basqın vasitələrinin bilavasitə təsirindən və 
ya təxribat yolu ilə GTZM avadanlığının dağılması nəticəsində baş verə bilər. 
Kimyəvi maddələr istehsalı zamanı baş verən qəzalar adətən partlayışlar və 
yanğınlarla müşayiət olunur. Bunlar isə çox vaxt yanma və kimyəvi maddələrin 
natamam parçalanması nəticəsində yeni GTZM yaranmasına və atmosferin 
çirklənməsinə səbəb olub, qəza vəziyyətini daha da mürəkkəbləşdirir, həmçinin 
zəhərlənmə zonasına gəlmiş şəxsi heyətin mühafizəsi üçün əlavə tədbirlər 
görülməsini tələb edir. 
Kimya, neftayırma, neft kimyası, yeyinti sənayesi və digər sənaye sahələrinin 
müəssisələrində çoxlu miqdarda texnoloji və yardımçı avadanlıqlar açıq halda 
yerləşir ki, bu da onların cürbəcür silah növlərinin təsirindən xeyli dərəcədə 
dağılmasına səbəb ola bilər. Beləliklə, düşmənin nüvə və ya adi silahla havadan 
zərbələri nəticəsində yaranan qəzalar zamanı kimyəvi maddələr istehsal edən 
obyektlərdə GTZM ətrafa axması mümkündür. Belə hallarda ikinci zədələnmə 
ocaqları yaranır. 
Kimyəvi təhlükəli obyektlərə aşağıdakılar aid edilə bilər: - kimya, neft emalı, neft 
kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye sahələrinin müəssisələri; 
- suyu təmizləmək üçün xlordan istifadə edilən su kəməri və su təmizləmə 
qurğuları; - soyuducu maddə olaraq ammonyakdan istifadə olunan soyuducu 


qurğulara malik müəssisələr, ilk növbədə yeyinti sənayesi (meyvə-tərəvəz, ət-yağ, 
balıq və digər ərzaq ehtiyatlarını) saxlayan nazirliklərin və idarələrin soyuducu 
qurğuları və bazaları; - GTZM daşıyan nəqliyyat vasitələrinin dayanması üçün 
xüsusi yerləri olan dəmir yolu stansiyaları; - taxıl və taxıl məmulatı anbarlarının 
dezinfeksiya və deretizasiya edilməsi üçün zəhərli maddələr ehtiyatları saxlanılan 
xüsusi anbar və bazalar; -kənd təsərrüfatında işlədilən kimyəvi maddələr ehtiyatı 
saxlanılan anbarlar və bazalar.
Respublikamızın təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli zəhərli maddələri 
nəzərdən keçirək. 
Ammonyak
NH

– sənayedə nitrat turşusu, ammonium nitrat və ammoniumsulfat, 
maye gübrələr, karbamid (sidik cövhəri) və soda istehsal etmək üçün; parçaların 
boyanmasında üzvi sintez üçün; soyuducu qurğularda soyuducu maddə kimi və 
güzgülərin gümüşlənməsi işlərində tətbiq edilir. Suların, ağ neftin və bir sıra 
mineral yağların təmizlənməsi, dərinin aşılanması işlərində, şəkər zavodlarında 
ammonyaka təsadüf edilir. O həmçinin təmizlənməmiş asetilenin içində də olur. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin