Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə37/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   98
Müh 2016

Fiziki-kimyəvi xassələri.
Ammonyak boğucu, kəskin naşatır iyli rəngsiz qazdır, 
dadı çox acıdır, havadan yüngüldür. Bildiyiniz kimi havanın molekul kütləsi 29, 
ammonyakınkı isə 17-dir. Mənfi 33-35
0
C dərəcəyədək soyudularkən sıxılaraq 
rəngsiz maye halına keçir. 1 həcm suda 700 həcm ammonyak həll olunur. Efirdə və 
digər üzvi həlledicilərdə həll olur. Ammonyakın hava ilə 4:3 nisbəti və ya 15-28%-
li qarışığı partlayışa səbəb olur. Partlayış təhlükəli konsentrasiyanın hədləri: 
oksigendə 13,5-79%, aşağı valentli azot oksigendə 2,2-72%-dir. Ammonyak 
havada surətlə ammonium karbonata çevrilir, yaxud rütubətlə udulub naşatır 
spirtinə (ammonium hidroksidə) çevrilir. Reaksiyalara çox meyllidir, birləşdirmə, 
əvəzetmə və oksidləşmə reaksiyalarına daxil olur. Qabdan kənara (atmosferə) 
çıxarkən tüstülənir. Maye halında çox vaxt suda 10 və 25%-li qaz məhlulu şəklində 
təsadüf edilir. Çənlərdə və ya balonlarda təzyiq altında mayeləşdirilmiş halda 
saxlanılır və daşınır.
Zəhərləyici xassələri.
Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə 
qıcıqlandırıcı təsir göstərir. Onun yüksək konsentrasiyaları (qatılığı) gözlərdə 
ağrıya və yaş axmaya, təngnəfəsliyə, kəskin öskürəyə, baş gicəllənməsinə, mədə 
ağrılarına və qusmaya səbəb olur, ağciyərlərin fəaliyyəti zəifləyir. Ammonyakın 
güclü təsirindən bir neçə dəqiqə sonra əzələ zəifliyi, yüksək reflektor qıcıqlanma, 
qıcolma halları müşahidə edilir, eşitmə qabiliyyəti azalır. Baş-beyin qabığında 
maddələr mübadiləsi pozulur. Kiçik konsentrasiyalarda gözlərin və burunun selikli 
qişaları azacıq qıcıqlanır, asqırma baş verir, yüngül ürəkbulanma, baş ağrıları, 
sifətin qızarması, güclü tərləmə, döşdə ağrı hiss edilir. Ammonyakın havada 
konsentrasiyasının yol verilən həddi (KYH) belədir: iş aparılan binaların havasında 
0,02 mq/l, sənaye müəssisələrinin ərazisindəki açıq havada – 0,007 mq/l, yaşayış 
məntəqəsinin havasında – 0,0002 mq/l. Konsentrasiya 0,04-0,08 mq/l olarkən 
gözlərin, yuxarı nəfəs yollarının kəskin surətdə qıcıqlanması, güclü baş ağrıları baş 
verir. Susuz maye ammonyak ağır yanıqlar törədir, həm də yüksək buxarlandırma 
hərarətinə malik dondurucu maddə kimi təsir göstərir. Həcmcə 1%, 7 mq/l 
konsentrasiyada yaş dəri səthinin azacıq aşınması, 2%-də isə nəzərə çarpan 
aşınması müşahidə olunur, bir neçə dəqiqədən sonra suluqlu yanıq yarası əmələ 


gəlir. Naşatır spirti dəriyə zəif təsir göstərir, lakin hər halda kəskin ağrı, qızarma, 
xeyli uzun müddətli təsir zamanı suluqlar törədə bilər.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin