Mühafizə və ilkin yardım tədbirləri. Tənəffüs üzvlərini və gözləri ammonyakın
təsirindən mühafizə üçün xüsusi süzücü sənaye əleyhqazlarından istifadə etmək
lazımdır. Ammonyakın konsentrasiyası 2,3 mq/l olarkən əleyhqazın mühafizə etmə
müddəti 240 dəqiqədir. Yüksək (3,8 mq/l-dən artiq) konsentrasiyalarda –
təcridedici KİP-8, İP-4, İP-5 əleyhqazlarından istifadə etmək olar. Ammonyak
buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərlənmə zonasından
çıxarmaq, xlorformda 10%-li mentol məhlulu iylətmək, soda qarışdırılmış isti su
içirtmək lazımdır. Tənəffüs pozularkən və ya dayanarkən – süni tənəffüs verilir.
Gözlərə zeytun yağı damızdırmaq lazımdır, dəri səthi zədələnərkən – bu sahəni
təmiz su ilə yuyur, sirkə, limon, çaxır və ya xlorid turşularının 5%-li məhlullarında
islatma qoyulur.
Zərərsizləşdirmə üsulu . Ammonyakı zərərsizləşdirmək üçün 1:20 nisbətində
sudan (1 kq ammonyak üçün 20 kq su) istifadə edilir.
Xlor (Cl 2 ) Xalq təsərrüfatının müxtəlif sahələrində xlordan geniş istifadə olunur.
Kimya sənayesində xlor müxtəlif üzvi və qeyri-üzvi xlor tərkibli birləşmələr
hazırlamaq üçün tətbiq edilir. İntektisid (həşəratqıran) maddələr, plastik kütlə
materiallar, boyaqlar və dərman vasitələri, texniki – rezin hazırlanmasında, kağız
sənayesində kağızın ağardılması və toxuculuq sənayesində parçaların ağardılması
üçün xlor vacib əhəmiyyətə malikdir. Su təchizatı və kanalizasiya sistemlərin
təmizləyici qurğularında da, içməli və tullantı suların təmizlənməsi və
zərərsizləşdirilməsi üçün çoxlu miqdar xlor işlədilir.
Fiziki-kimyəvi xassələri: Xlor kəskin boğucu iyli yaşımtıl – sarı rəngli qazdır.
Xlor yuxarı tənəffüs yollarına kəskin qıcıqlandırıcı təsir göstərir. Yüksək
konsentrasiyalarda təsir zamanı ağciyər şişi inkişaf edir və tənəffüs mərkəzinin
reflektor tormozlanması sayəsində ölümlə nəticələnə bilər.
Qaynama temperaturu 34,05
0
C, sıxlığı – 3,214 q/l-dır, havadan 2,5 dəfə ağırdır. 5-
6 atmosfer təzyiqlə sıxılarkən mənfi 35
0
C-də yaşımtıl-sarı rəngli yağlı maye halına
düşür. Bir kiloqram maye xlor buxarlanarkən 316 litr qaz əmələ gəlir. Buxarlanma
zamanı maye xlor su buxarları ilə birləşərək ağ duman yaradır. Xlor suda yaxşı həll
olunur. Reaksiyalara çox tez qoşulur. Hidrogenlə 92,2-11,5% konsentrasiyalı
qarışığı partlayış təhlükəsi törədir.