Uşaq əleyhqazlarının quruluşca özünə məxsus xüsusiyyətləri var. Məsələn DP-6m
əleyhqazı 1.5 yaşdan yuxarı məktəbəqədər uşaqlar üçündür. Bu əleyhqaz
yüngülləşdirilmiş süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-1 uşaq
maskasından ibarət olur.
DP-6 əleyhqazı nisbətən böyük uşaqlar üçün nəzərdə tutulmuşdur, iri ölçülü
süzücü-uducu qutu və üzlük hissə ilə komplektləşdirilmişdir.
PDF-D əleyhqazları da məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuşdur. QP-5 tipli
süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-3 maskalarından ibarətdir.
PDF-Ş əleyhqazı 6 yaşdan 17 yaşa qədər olan məktəbli uşaqlar üçün
nəzərdə
tutulmuşdur, QP-5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-3
maskalarından ibarətdir.
Uşaq əleyhqazlarının quruluşu və iş prinsipi yuxarıda göstərilən xüsusiyyətlər
istisna edilməklə yaşlı adamlar üçün olan əleyhqazlarda olduğu kimidir.
Əleyhqazı istifadəyə hazırlayarkən əvvəlcə şlem-maskanın lazımi ölçüsünü
seçirlər. Uşaq əleyhqazları beş ölçüdə buraxılır, 1-ci və 2-ci ölçülər – məktəbə
qədər, 3-cü, 4-cü və 5-ci ölçülər isə məktəbli uşaqlar üçündür.
Uşaq əleyhqazı maskasının ölçüsünü tapmaq üçün üzün uzunluğunu, millimetr
bölgülü xətkeşlə ölçürlər. Məsələn, PDF-D əleyhqazının maskasını seçərkən, üzün
uzunluğu 88-95 mm olduqda 3-cü, 96-103 mm olduqda 4-cü, 104-111 mm olduqda
5-ci ölçülü maska lazımdır. PDF-Ş əleyhqazlarda şlem-maskanın lazımi ölçüsünü
isə başın çevrəsini kəllə-yanaqlar-çənəaltı hissədən keçən qapalı xətt üzrə santimetr
bölgülü lentlə ölçüb tə’yin edirlər. Əleyhqazın lazımi ölçüsünü seçdikdən sonra
onun kipliyini yoxlayırlar. Bu məqsədlə maskanı (şlem-maskanı) başa taxır,
süzücü-uducu qutunun dibindəki deşiyi tıxacla, ya da əlin ovucu ilə bağlayıb nəfəs
alırlar, bu zaman maskanın altına hava keçməməlidir.
Əleyhqazın gözlük şüşələri tərləməsin deyə, içəri tərəfdən onların səthinə xüsusi
karandaş vasitəsilə şəbəkə şəklində 5-6 yüngül xətt çəkir, sonra bu
xətləri şüşə
şəffaflanana qədər barmaqla sürtürlər. Bəzi əleyhqazlarında bu məqsədlə
tərləməyən plyonkalardan istifadə olunur.
Dostları ilə paylaş: