Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə47/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   98
Müh 2016

Respirator iki qatdan 
ibarətdir. 
Xarici qat məsaməli sintetik materialdandır və bu material havanı yaxşı 
keçirir. İçəri qat isə hava keçirməyən nazik plyonkadandır. Bu iki qat arasında 
xüsusi süzücü material yerləşdirilib. Nəfəsalma klapanları respiratorun içəri qatına 
sağ və sol tərəflərdən bənd edilib. Nəfəsvermə klapanı isə orta hissədədir. 
Respirator taxmış adam nəfəs alarkən hava maskanın üst qatından və süzücü 
materiallardan keçib təmizlənir, sonra da nəfəsalma klapanlarından keçərək 
tənəffüs orqanlarına daxil olur. Nəfəs verərkən isə hava maskanın nəfəsvermə 
klapanından keçib bayıra çıxır. 
R-2d respiratoru dörd ölçüdə (0, 1, 2, 3) olur. Onun ölçüləri maskanın çənəaltı 
hissəsində rəqəmlərlə göstərilib. Respiratorun ölçüsünü elə seçmək lazımdır ki, o, 
üzə kip yatsın, yoxsa zəhərli hava maskanın altına keçib adamı zəhərləyə bilər. 
Respiratorun lazımi ölçüsünü tapmaq üçün adamın üzünün uzunluğunu, yəni 
burunun yuxarı hissəsinin ən çökək yerindəki nöqtə ilə çənənin ən aşağı nöqtəsi 
arasındakı məsəfəni millimetr bölgülü xətkeşlə ölçürlər. Üzün uzunluğu 80-100 
mm olduqda – birinci, 115-125 mm olduqda – ikinci, 125 mm-dən artıq olduqda – 
üçüncü ölçülü respirator lazımdır. 
Respiratoru geyməyə hazırlamaq və geymək üçün onu paketdən çıxarmaq (paketin 
yuxarı tikişini kəsməli və onu səliqə ilə açmalı), sonra yarımmaskanı və baş 
qaytanlarını nəzərdən keçirib sahmana salmaq lazımdır. Əgər respiratordan bundan 
əvvəl istifadə edilmişsə, onu geyməzdən əvvəl dezinfeksiya etmək vacibdir. Bu 
məqsədlə onun daxili səthini əvvəlcə sabunlu suda isladılmış yaş tamponla, sonra 
isə quru tamponla (əski ilə) silmək lazımdır. Bu zaman yarımmaskanı tərsinə 
çevirmək olmaz. 
Respiratoru geymək üçün onu paketdən çıxarmalı, qaytanları yuxarı tərəfdə 
saxlamaqla yarımmaskanı üzə keçirməli (çənə və burun bütünlüklə maskanın 
içərisində yerləşməlidir), sonra bərkidici qaytanların birini başın əmgək (təpə) 
hissəsində, o birisini isə peysər hissəsindən keçirib bərkidirlər. Yarımmaskanın üzə 
kip yatması üçün bərkidici hissənin qaytanlarının uzunluğunu toqqanın köməyi ilə 


tənzimləmək olar (bu zaman respiratoru çıxarmaq lazımdır). Yarımmaskanın üzə 
kip yatdığına əmin olduqdan sonra burun sıxıcının uclarını buruna sıxırlar. 
R-2d respiratorunun düzgün geyildiyini və üzə kip yatdığını yoxlamaq üçün sol 
əlin ovucu ilə nəfəsvermə klapanını tutur və nəfəs verirlər. Əgər bu zaman hava 
yarımmaskanın üzə yatan kənarlarından çölə çətinliklə çıxarsa respirator düzgün 
seçilmiş və geyilmiş hesab edilir. Respiratoru onun nəfəsvermə klapanından tutub 
yarımmaskanı yavaşca aşağı və irəli çəkməklə çıxarırlar. Sonra onun daxili səthini 
silib qurulayır, təmizləyir və paketə yerləşdirib paketin ağzını xüsusi halqa ilə 
bağlayırlar. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin