Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


İşçilərə və işləməyən əhaliyə MM biliklərinin öyrədilməsi



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə58/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   98
Müh 2016

İşçilərə və işləməyən əhaliyə MM biliklərinin öyrədilməsi
aşağıdakı qaydada 
aparılır: 
1. İdarə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin MM qüvvələrinin, 
xidmətlərinin heyətinə cəlb olunmayan əhaliyəMM bilikləri hər il iş yerində, 
istehsalatdan ayrılmadan öyrədilir. Bu əhali qrupu üçün hazırlığın aşağıdakı 
növləri müəyyən edilir. MM məsələlərini müstəqil surətdə öyrənmək və hər ay sex
şöbə və digər bölmə rəhbərlərinin keçirdiyi MM məşqlərində iştirak etmək. 
2. Tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin yaxud 
bilavasitə öz rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçmək. Obyektin ştatlı 
MM işçiləri belə məşğələ rəhbərləri və ya təlimatçılarla tədris ilinin əvvəlində bir-
iki günlük metodik toplanış keçirirlər. Ştatlı Mülki Müdafiə işçiləri olmayan 
obyektlərdə belə toplanışlar regional (şöbələrdə) şəhər, rayon MM icra 
orqanlarında və kurslarında təşkil edilir. 
İstehsalat və xidmət sahələrində məşğul olmayan (işləməyən) əhaliyə mülki 
müdafiə bilikləri yaşayış yerlərində, kütləvi informasiya vasitələrinin, mənzil 
idarələrində yaradılan məsləhət məntəqələrinin yardımı ilə müstəqil surətdə və 
təsərrüfat müəssisələrində, mənzil istismarı orqanlarında keçirilən əməli 
məşğələlər, MM məşqlərinə cəlb edilməklə öyrədilir. 
Dövlət və qeyri-dövlət ali, orta ixtisas məktəbi tələbələrinə, texniki peşə və 
ümumtəhsil məktəbləri şagirdlərinə MM-in öyrədilməsi 
aşağıdakı qaydada 
aparılır: 
MM və tibbi biliklərin əsasları – ali məktəblərin bütün tələblərinə öyrədilməsi 
məcburi olan fənnlər sayılır, tədris planlarına xüsusi fənnlər kimi daxil edilir. Ali 
məktəblərin tələbələrinə MM-ə və tibbi biliklərin əsasları fənnləri qüvvədə olan 
proqramlara müvafiq tədris edilir.
Tələbələrə MM-nin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır: 
- fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa 
müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək; 
- tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə hallarda əməli olaraq tibbi 
yardım göstərməyi bacarmaq; 
- ümumtəhsil məktəblərinin 2, 5, 6-cı siniflərində MM-ə tibbi-sanitariya hazırlığı 
fənnləri üzrə məşğələlər aparmağı bacarmaq. Xüsusi fənn olmaqla MM-ə və tibb 
hazırlığı üzrə məşğələlər bütün ali təhsil məktəblərinin yuxarı kurslarında iki 
semestr, tibbi biliklərin əsasları isə dörd semestr keçirilir. 


 Ali pedaqoci məktəb tələblərinə təcrübə keçən dövrdə onlara MM-ə və tibb 
hazırlığı fənni üzrə məşğələlər aparılması da planlaşdırılır. MM-ə fənni imtahan 
verməklə qurtarır. Pedaqoci institutlar və universitetlərdə tibbi biliklərin əsasları 
fənnindən birinci tədris ili tələbələr imtahan, ikinci tədris ili isə məqbul verirlər. 
Kurs buraxılış imtahanları ilə qurtarır. 
Ali təhsil məktəblərində MM-ə kafedraları (kursları) müvafiq nazirliyin 
rəhbərliyinin əmri ilə yaradılır. Onlar ümumi qaydalara müvafiq komplektləşdirilir. 
Mülki Müdafiə kafedraları (kursları) müəllimlərinin bilikləri sahə təkmilləşdirmə 
tədris müəssisələrində Respublika MM kurslarında və müvafiq sazişlərə əsasən 
digər ölkələrin ixtisaslaşdırılmış tədris müəssisələrində təkmilləşdirilir.
Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan məktəblərin 10- 11 
sinif şagirdlərinə, MM-ə «Gənclərin ibtidai hərbi hazırlıq proqramına» bölmə kimi 
daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər tərəfindən tədris 
olunur. 
MM-ə fənni 2-ci sinifdə – 6 saat, 5-ci sinifdə – 8 saat və 6-cı sinifdə – 8 saat tədris 
olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif 
rəhbərləri tərəfindən tədris olunur. MM-ni tədris edən sinif rəhbərləri tədris ilinin 
əvvəlində yerli MM-ə qərargahlarının nəzdində 3 günlük kurs keçirlər. 
Kadrların ixtisasartırma və yenidən hazırlanması üzrə tədris müəssisələri 
dinləyicilərinə MM-nin öyrədilməsi. Kadrların ixtisasartırma və yenidən 
hazırlanması üzrə tədris müəssisələrində dinləyicilərə MM-nin öyrədilməsinin 
əsasını – fövqəladə hadisələr dövrlərindəki fövqəladə hallarda onların öz əsas işinə 
və MM-ə üzrə vəzifələrinə müvafiq olaraq mühafizə tədbirlərini həyata keçirmək 
vərdişlərinin qazanması məqsədilə aparılan əməli məşğələlər təşkil edir. 
Obyektlərin rəhbər heyəti və mütəxəssisləri yenidən hazırlanarkən tədris prosesinə 
«Fövqəladə hallarda obyektin idarə olunması və onun sabit işinin təmin edilməsi» 
kursu, ictimai və humanitar tədris müəssisələrində isə «Mülki Müdafiə» kursu 
daxil edilir. Məşğələlər həm bu kursun öyrədilməsi üçün planlaşdırılmış saatlarda, 
həm digər fənnlər ilə kompleks halında, həm də kafedraların tapşırıqlarına əsasən, 
müstəqil hazırlıq saatlarında keçirilir. Məşğələlər fəal tədris metodları və 
hesablayıcı texnikanın geniş tətbiqi ilə aparılır.
Mülki Müdafiə kursunun öyrədilməsi – proqram həcmində yoxlama ilə, yaxud 
yoxlama işi (referat) yazmaqla başa çatdırılır. Fövqəladə hallarda müəssisənin 
(sahənin) idarə edilməsi və onun sabit işinin təmin olunması dinləyicilərin 
buraxılış işlərinə ayrıca bölmə kimi daxil edilir.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin