hadisələr yaranan dövrdə, çox böyük əhəmiyyət kəsb edir.
MM-nin rabitə sistemi mövcüd olan bütün rabitə qüvvələri və vasitələrinin, o
cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid
təşkilati-texniki birliyinə
deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio,
radio-rele və
məftilli rabitə qovşaqlarından və stansiyalarından, eləcə də MM qərargahlarının
tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə
edilməklə yaradılır.
Bütün səviyyələrdən olan rabitə sisteminin əsas vəzifələri tabelikdəkilərin fasiləsiz
idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunması və saxlanmasını həmçinin
sərəncəmların, siqnalların məlumatların vaxtında verilməsi və qəbul olunmasını
təmin etməkdən ibarətdir. Rabitə-yuxarı təşkilatın rəhbəri,
tabelikdəki qüvvələr və
qoşunlar, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil
edilir.
Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, informasiyanın e’tibarlı
surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən
yaratmaq, bütün rabitə vasitələrindən kompleks halında istifadə etmək,
eləcə də
rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır.
Rabitənin təşkili üçün radio-telefon (məftilli rabitə), səyyar və siqnalla rabitə
Dostları ilə paylaş: