Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Yerləşdirmə aşağıdakı fəhlə və qulluqçular arasında aparılır



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə69/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   98
Müh 2016

Yerləşdirmə aşağıdakı fəhlə və qulluqçular arasında aparılır: 
• Dərəcəli şəhərlərdə xüsusi iqtisadiyyat obyektlərində işləyən fəhlə və qulluqçular
hansı ki, həmin obyektlərin təhlükəsiz zonada işini davam etdirməsi üçün lazımi 
iqtisadi baza yoxdur; 
• Dərəcəli şəhərlərdə istehsalat və həyat fəaliyyətini təmin edən təşkilatlar (şəhər 
elektrik şəbəkəsi, kommunal təsərrüfat obyektləri, səhiyyə, nəqliyyat və rabitə, 
həmin şəhər və rayonların idarəetmə orqanları). 
Fəhlə və qulluqçular dərəcəli şəhərlərə yaxın təhlükəsiz zonada dəmiryolu, 
avtomobil yolları və su yolları yaxınlığında yerləşdirilir. Onlarla eyni zamanda ailə 
üzvləri və işləməyən qalan əhali köçürülür. 
Lokal konfliktlər zamanı adətən əhalini tez bir zamanda sərhədyanı zonalardakı 
yaşayış məntəqələrindən köçürmək lazım gəlir. Köçürmə tədbirlərinin təşkili 
operativ qruplara həvalə edilir. 
Nəqliyyat vasitələri ilə köçürülmə nəqliyyat vasitələrindən, yol şəbəkəsinin 
vəziyyətindən və yerli şəraitdən asılıdır. 
Nəqliyyatla ilk növbədə köçürülülənlər: 
• Tibb müəssisələri; 
• Piyada gedə bilməyən əhali (hamilə qadınlar, 14 yaşına qədər uşaqlar, ambulator 
müalicədə olan insanlar); 
• 65 yaşından yuxarı kişilər, 60 yaşından yuxarı qadınlar; 
• İş növbəsindən azad, lakin dərəcəli şəhərlərdə hərbi vəziyyətdə işini davam 
etdirən obyektlərin fəhlə və qulluqçuları; 
• Dövlət idarəçilik orqanlarının, vacib elmi-tədqiqat institututunun və təhlükəsiz 
orqanlarının əməkdaşları. 
Köçürülmüş əhalinin şəhərkənarı zonada yerləşdirilməsi adətən, yerli şəraiti nəzərə 
alaraq öz yaşadığı dövlətin ərazisində planlaşdırılır.Sülh dövründə köçürüləcək 
əhali üçün əvvəlcədən təhlükəsiz zona təyin olunur. Belə zonaların yerləşdirildiyi 
rayonlar hərbi idarəçilik orqanları və dövlət orqanları ilə razılaşdırılır. 
Köçürüləcək əhali adminstrasiya (sanatoriya, pansion, istirahət evləri, uşaq 
düşərgələrində və s.) və yaşayış binalarında, idarə mənsubiyyətindən və şəxsi 
mülkiyyətdən asılı olmayaraq, istilik sistemləri quraşdırılmış bağ evlərində 
yerləşdirilir. 
Həi bir müəssisədə, təşkilatda, təhsil müəssisəsində, mənzil-istismarı idarələrində 
əvvəlcədən fəhlə və qulluqçuların, onlaraın ailə üzvlərinin siyahıya alınması 
aparılır. Qeydiyyat, yerləşdirmə və təminat üçün siyahılar və şəxsiyyəti təsdiq edən 
sənəd əsas sənədlərdir. Köçürmənin müvəffəqiyyəti köçürülənlərin nizam-
intizamından və təşkilindən asılıdır. 
Köçürülmə elan olunan kimi, vətəndaşlar lazımi geyim, ayaqqabı, alt paltarı, fərdi 
mühafizə vasitələri, pul, 2-3 günlük ərzaq məhsulları və su ehtiyatı götürür. 
Sənədlərdən şəxsiyyəti təsdiq edən sənəd, hərbi bilet, əmək kitabçası, müavinət 


vəsiqəsi, təhsil müəssisəsini bitirməyi təsdiq edən diplom və attestat, nikah və 
doğum şəhadətnaməsi götürülür. 
Götürüləcək əşyalar və ərzaq məhsullarınin miqdarı, hər bir şəxsin özünın götürə 
biləcəyi qədər hesablanmalıdır. Nəqliyyatla köçürülmə zamanı götürüləcək yükün 
ümumi kütləsi 50 kq-dan çox olmamalıdır. Bütün əşyalar çantalara, çemodanlara 
qablaşdırılır. 
Köçürülmə zamanı ciddi olaraq intizam qaydalarına, köçürülməyə təhkim olunmuş 
şəxslərin bütün göstərişlərinə əməl olunmalıdır. 
Piyada dəstələri saatda 4-5 km sürəti ilə hərəkət etməlidir; hər 1-1,5 saatdan bir, 
10-15 dəqiqə istirahət edilməlidir; günün ikinci yarısında 1-2 saat istirahət edilir. 
Yola çıxmazdan qabaq yaxşı olar ki, isti qida qəbul edilsin. Piyada dəstələri 
icazəsiz tərk etmək olmaz. Əhvalında pisləşmə olan şəxslər, dəstəni müşayət edən 
tibb işçisinə müraciət etməlidir. 
İsti havalarda su rejiminə əməl olunmalı, istirahət gölgə yerlərdə olmalı, baş örtüyü 
çıxarılmamalıdır. Qış fəslində donvurma əlamətlərini vaxtında aşkar etmək üçün, 
dəri örtüklərinin vəziyyətinə nəzarət edilməlidir. 
Təhlükəsiz zonaya çatdıqda köçürülənlər qəbul məntəqələrində qeydiyyata alınır, 
sonra isə yerləşəcəyi yerə göndərilir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin