6-cı mövzu:Şagirdləri qəzaların və təbii fəlakətlərin nəticələrindən
mühafizə etmək qaydaları.
Məşğələ zamanı məktəb yerləşən şəhərlərdə,yaxud rayonda səciyəvi sayılan
qəzaların,təbii fəlakətlərinin nədən ibarət ola biləcəyi mühafizənin qaydalarını izah
etməli,şagirdlərə evdə,məktəbdə,küçədə olarkən belə hallar baş verdikdə necə
davranmaq lazım gəldiyi öyrədilməlidir:təbi fəlakətlərin əsas növləri zəlzələ, sel,
daşqın, yanğın, marxal, qasırğa və s.-dir. Bunlardan ən qorxulusu zəlzələdir. Bu
zaman evlər,binalar,körpülər,qaz kəmərləri,elektirik xətləri,maye yanacaq
tutumları, su bəndləri, bir sözlə yer səthində nə varsa hər şey zədələnə və ya dağıla
bilər. Zəlzələ zamanı şagirdin düzgün davranmağı bacarması çox
əhəmiyyətlidir.Binalardan kənarda, həyətdə, yolda olan adamlar hündür tikililərdən
və qurğulardan, elektirik xətləri dayaqlarından uzaqlaşmalı, meydanlara,
xiyabanlara, küçələrə, tikinti az olan yerlərə çıxmağa çalışmalıdır ki, uçqun altına
düşməsinlər. Ən qorxulusu –məktəblərdə dərs zamanı baş verən zəlzələdir. Yer
titrəyən vaxt otaqlarda olan adamlar nisbətən az təhlükəli yerlərdə-qapı tağının
altında, otağın küncündə dayanmalı, şüşəli pəncərələrdən, işıq-elektirik
cihazlarından,yanan sobalardan, aşa biləcək ağır rəflərdən, şkaflardan, soyuducu
cihazlardan kənara cəkilməlidir. Şagirdlərə demək lazımdır ki,belə hallarda
mümkünsə yazı masasının, skamyanın, stolun altında cəld daldalanmaq
lazımdır.Belə yerlər adamları uçulub tökülən daşkəsəkdən xeyli dərəcədə mühafizə
edir,çoxmərtəbəli binalarda olarkən pilləkənlərə və ya liftə qaçmağa can atmayın,
adətən pilləkənlər adamlarla dolu olacaq, lift isə titrəyişdən ilişib
dayanacaqdır.Belə hallarda otaqlarda daldalanmaq daha etibarlıdır.
Bundan sonra müəllim,bu regionda daha tez-tez baş verən digər təbii fəlakətlər və
onlardan qorunmağın ən sadə yolları barədə qısa məlumat verir.
|