67
-
elmi-texniki və innovasiya sferasında həyata keçirilən siyasət mexanizminin
yaradılması;
-
innovasiya fəaliyyətini kompleks şəkildə dəstəkləmək məqsədi ilə maliyyə-
kredit infrastrukturunun (holdıng, maliyyə-sənaye qrupu, müştərək müəssisə və s.)
formalaşdırılması;
-
innovasiya məhsullarının yaradılması vo realizə olunması üçün büdcə və
qeyri - büdcə vəsaitlərinin cəmləşdirilməsi;
-
innovasiya sahibkarlığının sahədə genişləndirilməsi;
-
elmi-texniki fəaliyyətin nəticələri üzrə intellektual mülkiyyət hüquqlarının
qorunması;
-
material və enerji resurslarından qənaətlə istifadə olunmasına
imkan verən
müasir texnologiyaların tətbiqi;
-
sənaye məhsulları üzrə optimal çeşid siyasətinin düzgün formalaşdırılması
və həyata keçirilməsi nəticəsində idxal yönümlü məhsulların həcminin və sayının
azaldılması, ixrac potensialının artırılması.
Qeyd edilən istiqamətləri respublikamızın sənayesində və “Azərkimya” DŞ-
in müəssisələrində həyata keçirmək üçün aşağıdakı dörd mühüm mütərəqqi
təşkilati-iqtisadi istiqamətlərin başlıca şərtlərinə əməl edilməsi vacibdir:
1.
Sənaye müəssisələrində iqtisadi münasibətlərin yenidən formalaşması
(restrukturizasiyası);
2.
Müəssisələrdə innovasiya və istehsal sahibkarlığının idarə edilməsi
konsepsiyasının işlənib hazırlanması və həyata keçirilməsi
üçün müəssisədaxili
korporasiyanın (bölmənin) yaradılması;
3.
Sistem
göstəricilərinin
balanslaşdtnlması
əsasında
idarəetmə
strategiyasının səmərəliliyinin qiymətləndirilməsi;
4. Sahə elmi-tədqiqat institutunda qlobal informasiya sisteminin yaradılması.
Qeyd edilən mütərəqqi təşkilati-iqlisadi istiqamətlərin göstərilən ardıcıllıqla
tədqiqini və şərhini nəzərdən keçirək. Müasir şəraitdə sənaye kompleksinin
68
fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün aşağıdakı bir sıra amillərin təsiri
nəticəsində formalaşan elmi-texniki tərəqqinin sürətləndirilməsi
və təşkilati
idarəetmənin yolu ilə mümkündür;
-
texniki və təşkilatı innovasiyalar;
-
investisiya təminatı;
-
istehsal potensialından səmərəli istifadə;
-
məhsulun və müəssisənin rəqabət qabiliyinin yüksəldilməsi;
-
buraxılan məhsulun çeşidinin artırılması;
-
müəssisənin reslrukturizasiyası (idarəetmə strukturunun və funksiyalarının
yeni iqtisadi şəraitə uyğun yenidən qurulması, biznes proseslərinin reinjinirinqi,
maliyyə və investisiya siyasətinin işlənilməsi).
Qeyd edilən amillər içərisində respublika sənaye müəssisələrində
restrukturizasiya amili mühüm əhəmiyyət kəsb edir. Restrukturizasiya proqramını
və konsepsiyasını həyata keçirmək üçün sənaye müəssisələrinin
təşkilati-texniki
və iqtisadi xarakteristikası nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla işləyib həyata
keçirmək mümkündür (şəkil 3.2.).
Şəkildən göründüyü kimi, sənaye müəssisələrinin
iqtisadi xüsusiyyəti onun
təşkilati-texniki xarakteristikası ilə müəyyən edilir. Sahənin müəssisələrinin iri
tonnajlı, böyük sayda fiziki və mənəvi cəhətdən aşınmaya məruz qalmış
avadanlıqlarının olması, istehsal prosesinin fasiləsizliyi və çoxmorhələüliyi
müəssisə iqtisadiyyatının enerji təchizatı, avadanlıqların vaxtında
və keyfiyyətli
təmiri işlərindən birbaşa asılı olmasını şərtləşdirir. Yüksək resurs həcmli
məhsulların mövcudluğu və avadanlıqların mənəvi aşınması müəssisənin tjıaliyyə
vəziyyətini resursların sərfıyyat səviyyəsindən, qiymətlərdən və tariflərdən kəskin
asılı qoyur.