96
R.Quliyev,
M.Sadıqov,
T.Hüseynov,
X.Məmmədova,
Ü.Seyidova,
V.Məhərrəmova, M.Bayramov, L.Abdul Saleh və başqaları tərəfindən investisiya
problemləri ilə bağlı doktorluq və namizədlik dissertasiyaları müdafiə olumuşdur.
Bu dissertasiyalar sənayedə investisiya qoyuluşlarının istiqamətlərinə, investisiya
layihələrinin iqtisadi qiymətləndirilməsinə, müxtəlif sənaye sahələrində investisiya
siyasətinin regional problemlərinə, investisiya mühitinə, investisiya layihələrində
riskin azalmasına və digər problemlərə həsr olunmuşdur.
Tədqiqat işi aparılarkən dünyanın digər alimlərinin - Anşin V.M., Boçarov
V.V., Birman Q., Bobilyova A.Z., Gitman C., Qrafova Q.F., Koqut A.Y.,
Kravçenko N.A., Laxmetkina N.İ., Mılnik V.V., Fatxutdinov R.A., Mixaylov
L,M., Şarp V., Yakovets Y.V., Keyns C.M. və başqalarının nəzəri baxışları ilə
tanış olunmuş və onların ideyalarından bəhrələnilmişdir. Həmin əsərlər
ümumiyyətlə investisiya problemlərinə, bəzi mühüm iqtisadi nəzəriyyələrin
müddəalarının təhlilinə həsr olunmuş və tədqiqat zamanı həmin əsərlərə istinad
edilmişdir.
Aparılan
elmi-tədqiqat
işlərinin
əhəmiyyətini
yüksək
qiymətləndirməklə yanaşı, qeyd etmək lazımdır ki, aparılan tədqiqatlarda sənaye
müəssisələrində investisiya siyasətinin formalaşması problemlərinə sistemli
şəkildə baxılmamışdır. Sənayenin ölkə iqtisadiyyatının digər sahələrinin
inkişafında və logistik təminatında müstəsna rolunu nəzərə alaraq, orada
investisiya və diversifikasiya fəaliyyətinin genişləndirilməsi məsələləri ön plana
çəkilmiş və sahənin daxili investisiya qıtlığı yaradan amillər ətraflı araşdırılmışdır.
Beləliklə, problemin mühüm nəzəri və sahə üçün təcrübi əhəmiyyətinin elmi
baxımdan öyrənilməsi zərurəti tədqiqatın məqsəd və vəzifələrini müəyyən
etmişdir.
Dostları ilə paylaş: