Tədqiqatın məqsəd
və
vəzifələri.
Dissertasiya işinin məqsədi Azərbaycanın
sənayesi müəssisələrində istehsalın səmərəliliyinin yüksəlməsinə və inkişafına
yönəldilən investisiya resurslarının formalaşmasının istiqamətləri və təşkilati-
metodiki aspektlərinin təkmilləşdirilməsi üzrə tövsiyələr işləyib hazırlamaqdan
97
ibarətdir.
Bu məqsədə nail olmaq üçün tədqiqatın vəzifələri aşağıdakı kimi
müəyyənləşdirilmişdir:
-
mövzuya dair respublikamızın və xarici ölkə alimlərinin əsərlərinin
öyrənilib ümumiləşdirilməsi əsasında sənaye müəssisələrində investisiya
siyasətinin formalaşmasının nəzəri-metodoloji aspektlərini tədqiq etmək;
-
sənaye
müəssisələrinin
idarə
edilməsi
sistemində
investisiya
menecmentinin və investisiya siyasətinin aparılmasına sistemli yanaşma
mexanizmini formalaşdırmaq;
-
sənaye istehsalı təşkilinin müasir vəziyyətini təhlil etmək;
-
sənaye müəssisələrinin texniki-texnoloji səviyyəsini kompleks şəkildə təhlil
edərək onun yüksəldilməsi üzrə investisiya tələbatını müəyyənləşdirmək;
-
sənaye müəssisələrində innovasiya prosesinin təşkilinin investisiya
təminatının vəziyyətini qiymətləndirmək;
-
müəssisənin investisiya resurslarının formlaşmasının strateji istiqamətlərini
müəyyən etmək;
-
daxili investisiya resurslarının artırılması, istehsalın diversifikasiyasının
genişləndirilməsi üzrə investisiya siyasətini müəyyən etmək.
Tədqiqat obyekti -
Azərbaycanın sənaye müəssisələridir.
Tədqiqatın predmeti.
Sənaye müəssisələrində investisiya siyasətinin
formalaşmasının və həyata keçirilməsinin nəzəri-praktiki aspektləridir.
Tədqiqatın nəzəri və metodoloji əsaslarını
Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən qəbul edilmiş qanunları, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, xarici və
ölkə iqtisadçı alimlərinin tədqiqatları, müasir iqtisadi nəzəriyyənin əsas
müddəaları, sahə normativ-texniki sənədləri təşkil edir.
Tədqiqat prosesində iqtisadi-statistik, statistik qruplaşdırma, müqayisəli-
iqtisadi təhlil, sistemli yanaşma üsullarından istifadə edilmişdir.
|