106
◘”Fi cənnətin aliyə” ifadəsindəki “əlvv” sözü məkan yox, məqam yaxınlığını
bildirir.
◘Qiyamətdə həm maddi, həm də mənəvi nemətlər var. İnsanın razılığı ruhi nemətdir.
Behişt isə maddi nemətlərdən sayılır.
◘”Həniən” sözü Allah tərəfindən nemətlərin artırılması və şirinləşdirilməsini
göstərir. Bu söz Quranda dörd dəfə işlədilmişdir, onlardan üçü behişt nemətlərinə aiddir.
Bildirişlər
1. Qiyamətdə hər bir şəxsin əməl naməsi onun qarşısına qoyular.
2. Allah qiyamətdə insanları yazılı sənədlər əsasında mühakimə edib cəzalandırar, və
ya mükafatlandırar.
3. Qiyamət hadisəsinə münasibətdə nəinki əminlik, hətta ehtimal insanı cilovlaya
bilər.
4. Qiyamət dünyada əkilənlərin biçin dövrüdür.
5. Kamilliklərin izharı fitri bir işdir və qiyamətədək davam edər.
6. Hesab-kitaba iman insanı haram ləzzətlərə göz yummağa vadar edirsə, bütün
bunların əvəzi behiştdə verilir.
7. Meyvə ən gözəl yeməkdir.
Dostları ilə paylaş: