108
◘Qiyamətdə cəzalar günahlara münasib olar. Dünyada miskinə can yandırmayan
axirətdə canıyanan yoldaşsız qalar. Dünyada yoxsula təam verməyən qiyamətdə pis qida
ilə qidalandırılar.
◘Görünən və görünməyənlərə and bu surədəki ən böyük anddır. Görünənlər dedikdə
ətrafda müşahidə olunanlar, görünməyənlər dedikdə qeyb aləmi, okeanların dibi, gözə
görünməyən hər şey nəzərdə tutulur.
◘Quran tədricən nazil olmuşdur. “Tənzil” sözü tədrici göndərişi bildirir. Əlbəttə ki,
bütün Quran qədr gecəsində Peyğəmbərin (s) qəlbinə nazil oldu. Sonradan 23 il ərzində
tədricən göndərildi. Necə ki banka bir dəfəyə qoyulmuş pul tədricən götürülür.
◘Peyğəmbər (s) mütləq kəramət sahibi idi. “Rəsulin kərim” dedikdə onun ailə-övlad,
dost-düşmən, qonşu, yoxsullara münasibətdə, çətinlik və asanlıqda kəraməti nəzərdə
tutulur.
◘”Ğaşiə” surəsinin 6-cı ayəsində bildirilir ki, cəhənnəm əhlinin təamı yalnız
”zəri”dir. Bu qida “Duxan” surəsinə əsasən “əssim”, “ğislin”dir.
1
Zəkkum və zəri eynidir,
ğislin onların içkisidir. Yəni cəhənnəmdə bir növ qida, bir növ içki var. Olsun ki,
cəhənnəmdə hər dəstəyə bir növ təam verilir. Kimi zəri, kimi zəkkum, kimi ğislinlə
qidalanır.
Dostları ilə paylaş: