Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə109/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   105   106   107   108   109   110   111   112   ...   317
NUR-TƏFSİRİ-12

رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə"
 
Ayə 1, 2, 3, 4: 
﴿
 َو ٍباَذَعِب ٌلِئآَس َلَأََس
 ُجُرْعَت﴿﴾ِج ِراَعَمْلٱ يِذ ِ لِلّٱ َنِ م﴿﴾ٌعِفاَد ُهَل َسْیَل َنیرِفاَكْلِ ل﴿﴾ٍعِقا
 
﴾ٍةَنَس َفْلَأ َنیِسْمَخ ُهُراَدْقِم َناَك ٍم ْوَی يِف ِهْیَلِإ ُحوُّرلٱ َو ُةَكِئ َلََمْلٱ
 
“Bir sail baş verəcək əzab istədi; bu kafirlər üçündür; onun qarşısını alacaq kəs 
yoxdur; cəza yüksək dərəcə sahibi olan Allah tərəfindəndir; mələklər və ruh əlli min 
illik bir gündə Ona doğru qalxarlar.” 
 
Nöqtələr 
 
◘”Məaric” sözü yüksəliş məhəlli mənasını bildirən “mərəc” sözünün cəm 
formasıdır. “Məaric” dedikdə mələklərin enib qalxdığı səmalar nəzərdə tutulur. 
◘Mərhum Əllamə Əmini “Əl Ğədir” kitabında hicri 3-cü əsrdən 4-cü əsrədək 
yaşamış 30 böyük təfsirçi və hədisçinin adını çəkib onların ayə ilə bağlı təfsirini nəql 
edir: “Səələs sailun” ayəsinin aid olduğu şəxs Peyğəmbərə (s) dedi: “Ğədir günü 
Əmirəlmöminini (ə) xilafətə özün təyin etdin, yoxsa Allah?! Bizə Həcc, oruc, zəkatı əmr 
etdin, biz də qəbul etdik. Bununla razılaşmadın və nəhayət öz əmin oğlunu bizə hakim 
təyin etdin!” Sonra həmin şəxs Əli ibn Əbu-Talibin (ə) canişinliyinin haqq olacağı 
təqdirdə səmadan başınıa daş yağmasını istədi. Bir daş enib onu məhv etdi və bu ayə 
nazil oldu.
1
Bildirişlər 
1
“Ənfal”, 32 


111 
 
1. Bəzi fərdi və kiçik hadisələrin xatırladılması insanların ibrəti üçün təsirlidir. Bu 
hadisələr yadda saxlanılmalıdır. (Sail Allahın qəzəbinə gələnlərdən biri idi. Amma bu 
əhvalat Quranda bəyan olunur və tarixin yaddaşına yazılır.) 
2. Yersiz və qərəzli bir istək hadisə törədə bilər. 
3. Nə qədər ki, Allahın əzabı nazil olmayıb tövbə yolu açıqdır. İnsan sədəqə ilə 
əzabdan qurtara bilər. Əzab nazil olduqdan sonra qurtuluş yolu qalmır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin