Bildirişlər 1. Tarixi yada salarkən tərbiyəvi nöqtələrlə kifayətlənmək lazımdır. Məkan və
zamanla bağlı xırdalıqların nəqli rol oynamır.
2. Qafil insanlara müjdə yox, xəbərdarlıq təsir edir.
3. Xəbərdarlıqdan öncə cəzalandırmaq düzgün deyil.
4. Dinlə bağlı xəbərdarlıqlar şəffaf və mərhəmətli olmalıdır.
5. Peyğəmbərlərə itaət Allah və məada imanın səmərəsidir. Öncə tövhid və təqva,
sonra peyğəmbərə itaət.
Ayə 4: َلً َءآَج اَذِإ ِ لِلّٱ َلَجَأ نِإ ىًّمَسُّم ٍلَجَأ ىَلِإ ْمُك ْر ِ خَؤُی َو ْمُكِبوُنُذ نِ م مُكَل ْرِفْغَی﴿ ْوَل ُر خَؤُی ﴾ َنوُمَلْعَت ْمُتنُك “(Əgər belə etsəniz) Allah günahlarınızın bir hissəsini bağışlayar, ömrünüzü təyin olunmuş vaxtadək uzadar (qəzəbdən doğan ölümdən uzaq olarsınız). Amma Allah tərəfindən müəyyən olunmuş ölüm çatdığı vaxt təxirə düşməz. Əgər bilsəydiniz!” Nöqtələr ◘İnsan üçün iki növ əcəl var: ibadətlə təxirə düşən və günahla tezləşdirilən əcəl;
“əcəli-müsəmmə” adlanan dəyişməz əcəl.
◘İmam Sadiq (ə) buyurur: “Bir çox insanların ömrünün səbəbi ehsan, bir çox
ölümlərin səbəbi günahlardır. Az adamların ömrü və ölümü təbii olur.”
2
Bildirişlər 1. Keçmiş günahlar iman gətirməklə bağışlanır.
2. Allah yalnız öz haqqını bağışlayır. Xalqın haqqı isə qaytarılmalıdır.
3. İman və saleh əməl ömrü uzadır, bəlaları uzaqlaşdırır.
4. Həyat eşqi təbii bir istəkdir. Həyat yaxşılıqların mükafatıdır.
5. Ömrün dəyişməz bir sonu da var.
6. Ölümün gəlişindən qorxub iman gətirin. İnsan iman və saleh əməlin ömrün
uzunluğuna təsirindən xəbərsizdir.
Ayə 5, 6, 7, 8, 9: 1
“Kənzul-ummal”
2
“Biharul-ənvar”, c. 5, s. 140