122
Nöqtələr
◘”Midra” sözü “dərr” sözündən olub bol yağış yağması mənasını bildirir.
◘Quranın çoxsaylı ayələrində imansızlıq və günahın qıtlıq və yoxsulluqla, iman və
saleh əməlin rifah və əmin-amanlıqla əlaqəsi qeyd olunur. Ayələrdən birində buyurulur
ki, əgər insanlar təqvalı və imanlı olsalar, göyün bərəkətini onlara endirərik.
1
Başqa bir
ayədə oxuyuruq ki, quru və suda müşküllər insanların əməllərindən qaynaqlanır.
2
◘Peyğəmbərlərin məqsədi bəşəriyyəti Allahın qəzəbindən qurtarmaqdır. Surənin
başlanğıcından hazırkı ayəsinədək üç dəfə istiğfar, tövbə mövzusu xatırlanır.
Bildirişlər
1. İnsan tövbə qılmalı, Allah bağışlamalıdır.
2. Əfv və bəxşiş Allahın sünnələrindəndir.
3. Xeyirə çağırış üçün mənəvi və maddi təşviqə ehtiyac var.
4. Günahların bağışlanması növbəti ilahi lütflər üçün zəmindir.
5. Yağış Allahın ən mühüm nemətlərindəndir.
6. İmanın təsirlərindən biri sağlam həyatdır.
7. Var-dövlət, övladlar, bağlar və çaylar Allahın nemət və mükafatlarındandır.
Ayə 13, 14, 15, 16, 17, 18, 19, 20:
َلَخ َفْیَك ْا ْو َرَت ْمَلَأ﴿﴾اارا َوْطَأ ْمُكَقَلَخ ْدَق َو﴿﴾ااراَق َو ِ ِلِلّ َنوُج ْرَت َلً ْمُكَل ا م﴿
Dostları ilə paylaş: