133
◘İmam Sadiq (ə) buyurur: “Yəhudilər və məsihilər öz ibadət mərkəzlərində Allaha
şərik qoşduqlarından
Allah buyurur ki, İslam məscidlərində Allahdan savayı kimsəni
çağırmayın və Allah lənət etsin məscidə hörmət qoymayana.”
1
◘”Libəda” sözü toplum, izdiham mənasını bildirir.
◘18-ci ayədə dua dedikdə ibadət nəzərdə tutulur. İbadət
məqsədi ilə Allahdan
qeyrisini çağırmaq haramdır. Adi çağırış isə şirk deyil.
◘İbadət zamanı insanların izdihamı dedikdə ya müxaliflərin istehza məqsədi ilə bir
yerə toplanması, ya da aşiqlərin zikr üçün bir araya gəlməsi nəzərdə tutulur.
◘İxlas o zaman zirvə həddinə çatır ki, insan özünü görmür,
hər şeyin Allah
tərəfindən olduğunu düşünür. Bu ayələrdə öncə buyuruldu ki,
mən kimsəni şərik
bilmirəm. Sonra qeyd edilir ki, hətta özümü bir şeyə sahib saymıram.
◘Peyğəmbərin bəndəliyi onun özünü təsirsiz saymasında, hər şeyi Allah tərəfindən
bilməsində özünü göstərir.
◘Surənin başlanğıcından hazırkı ayəyədək dörd dəfə inkişaf sözü işlədilmişdir.
Bununla vəhyin əsas məqsədi nəzərə çatdırılır.
◘Peyğəmbərin xeyir və ziyan vermək imkanına malik olmaması
onun hər işdə
Allahdan asılı olduğunu göstərir. Adi halda isə bir çox ayələrdə Peyğəmbərin mühüm
fəaliyyətləri sadalanır. Onun xalq üçün bağışlanma istəməsi misal göstərilə bilər.
2
Dostları ilə paylaş: