Nur təFSİRİ


ن  َو ْمِهْیَدَل اَمِب َطاَحَأ َو ْمِهِ بَر ِت َلًاَس ِر اوُغَلْبَأ ْدَق نَأ َمَلْعَیِل﴿﴾اادَصَر ِهِفْلَخ ْنِم َو ِهْیَدَی ِنْیَب



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə138/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   134   135   136   137   138   139   140   141   ...   317
NUR-TƏFSİRİ-12

 ن
 َو ْمِهْیَدَل اَمِب َطاَحَأ َو ْمِهِ بَر ِت َلًاَس ِر اوُغَلْبَأ ْدَق نَأ َمَلْعَیِل﴿﴾اادَصَر ِهِفْلَخ ْنِم َو ِهْیَدَی ِنْیَب
 َأ
 ىَصْح
﴾اادَدَع ٍء ْيَش لُك
 
“O xeyiri bilir və kimsəni öz qeybindən xəbərdar etmir. Yalnız razı olduğu 
peyğəmbər istisnadır. Sonra öndən və arxadan nəzarətçilər göndərir ki, Rəbblərinin 
göstərişlərini çatdırıb-çatdırmadıqlarını bilsin. Allah onların yanında baş 
verənlərdən xəbərdardır və hər şeyi bir-bir saymışdır.” 
 
Nöqtələr 
 
◘Müdiriyyətdə məsulları məlumatlandırmaq, qorumaq və onlara nıəzarət etmək 
lazımdır. 
 
Qeyb elmi 
 
Allahdan başqa qeyb elmini bilən varmı? Əgər bilən varsa nə həddə bilir? Kimlər 
bilir? Onlar Allahın istəyi ilə bilir, yoxsa bilavasitə? Onların biliyi daimidir, yoxsa bir 
anlıq? Onlar qismən bilir, yoxsa tamamilə? Onlar bu biliyi özləri qazanmışlar, yoxsa 
onlara əta olunmuşdur? Bəli, bu qəbil suallar çoxdur. Uyğun mövzu ilə bağlı vaxtı ilə 
apardığım araşdırmaların nəticəsini təqdim edirəm: 
Birinci prinsip: Allahdan savayı kimsə vasitəsiz olaraq qeyb elmindən xəbərdar 
deyil. Çünki qeyb elminin açarı yalnız Ona məxsusdur.
1
Başqaları qeyb elmindən qismən 
xəbərdardır.
2
Quranda bildirilir ki, həzrət İsa insanlara üz tutub buyurdu: “Mən sizə evlərinizdə 
olandan, yeyəcəklərinizdən xəbər verərəm.
3
Bəli, başqaları yalnız Allahın izni ilə qeyb 
elmindən xəbər tutur.
4
İkinci prinsip: “Cin” surəsinin 26-cı surəsində buyurulur ki, Allah yalnız razı qaldığı 
peyğəmbər kimi şəxslərə qeyb elmindən xəbər verər. “Ali-İmran” surəsinin 174-cü 
ayəsində kimsənin yox, yalnız peyğəmbərlərin qeyb elmindən xəbərdarlığı vurğulanır. 
Bəli, özünü qeyb elmindən xəbərdar kimi göstərən və əslində mənəviyyatla heç bir 
əlaqəsi olmayan kahinlərin, cadugərlərin, fala baxanların hesabı ayrıdır və onlar yalnız. 
Zənn-güman, ehtimallar əsasında danışırlar. 
Üçüncü prinsip: Allahın övliyaları yanız Allahın izni ilə qeyb elmindən istifadə 
edirlər. Onlar şəxsi problemlərinin həlli üçün bu bilikləri işə salmırlar. Necə ki, İslam 
peyğəmbəri adi həyatda qeyb elminə müraciət edmirdi. 
Əgər Allahın övliyaları şəxsi məqsədlər üçün möcüzə və qeyb elmindən istifadə 
etsəydilər, xalqa nümunə ola bilməzdilər. Əgər imam Hüseyn (ə) möcüzə və dua ilə 
susuzluq problemini həll etsəydi, bu imkana malik olmayanlara imam seçilə bilməzdi. 
Dini rəhbərlərin müvəffəqiyyət səbəblərindən biri olnarın çətinliklərə dözümüdür. 
Onlar müxtəlif çətinliklərə, o cümlədən müharibələrə, yoxsulluğa, xəstəliyə, ayrılığa 
1
“Ənam”, 59 
2
“Hud”, 49 
3
“Ali-İmran”, 49 
4
“Bəqərə”, 255 


137 
məruz qalmışlar. Onların səbr və dözümü, zöhd və təqvası məhz belə məqamlarda özünü 
göstərir. 
Dördüncü prinsip: Qeyb iki növdür: Yalnız Allaha məxsus olan və peyğəmbərlərə, 
mələklərə və məsum imamlara verilən.
1
Qeyb elminin Allaha məxsus olduğunu vurğulayan ayədə birinci növ qeyb elmi, 
başqalarının da qeyb elmini bildiyini deyən ayədə isə ikinci növ qeyb elmi nəzərdə 
tutulur. Duada Allahı yalnız Ona məxsus olan qeyb elminə and veririk. Allah varlıq 
aləmindəki gedişatları dəyişə bilər. Bu səbəbdən də övliyalar gələcəkdən xəbər tutmağa 
acizdirlər. İmam Səccad (ə) buyurur ki, əgər Quranda bircə ayə olmasaydı sizə 
qiyamətədək baş verəcək bütün hadisələri xəbər verərdim. Ondan bu ayənin hansı ayə 
olduğunu soruşurlar. İmam buyurur: “Allah istədiyini məhv edər, istədiyini sabit 
saxlayar. Ümmül-kitab Allahın ixtiyarındadır.”
2
Altıncı prinsip: Kamillik bəzən qeybi bilməkdə, bəzən qeybdən xəbərsizlikdə olur. 
Məsələn, həzrət Əli (ə) Peyğəmbərin (s) yerində yatdığı gecə düşmənin onu öldürüb-
öldürməyəcəyini bilmirdi. Əgər bilsəydi ki onu öldürməyəcəklər, onun yerində yatması 
fəzilət sayılmazdı. Dini rəhbərlər buyururlar ki, bəzən pərdələr çəkilir və işlərdən xəbər 
tuturuq, bəzən də pərdələr bağlı qalır.
3
Bəli, qeyb elmi Allahın əlindədir. Allah Peyğəmbərə (s) buyurur ki, qiyamət 
haqqında soruşanlara “bilmirəm” söyləsin.
4

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin