19
“Ey iman gətirənlər! Cumə gününün namazı üçün nida çəkiləndə Allaha doğru
tələsin, alış-verişi boşlayın. Əgər bilsəniz, bu sizin üçün daha yaxşıdır.”
Nöqtələr
◘Əziz İslam peyğəmbəri (s) meracda müşahidə etdi ki, mələklər cümə qüslü verən,
cümə namazına gedənlər üçün bağışlanma diləyir.
1
Cümə gününün dəyəri
İslamda cümə günü digər günlərdən daha əhəmiyyətli sayılır. Bu barədə rəvayətlər
çoxdur. Onlardan bəzilərini yada salaq:
- Əziz İslam peyğəmbəri (s) buyurur: “Cümə günü həftə günlərinin ağasıdır, Allah-
taalanın yanında ən böyük mərtəbəyə malikdir.
2
- Cümə günü məhrumlara və yoxsullara kömək günüdür. Hədisdə bildirilir ki, sədəqə
və infaqlarınızı cümə günü verin.
3
- Cümə günü müsəlmanların bayramıdır.
4
- Cümə günü imam Mehdinin (ə. c.) zühur günü, qeyb dövrünün başa çatdığı
gündür.
5
-Cümə günü səmanın qapıları insanların əməlləri üçün açılar.
6
-Əziz Peyğəmbər (s) buyurur: “Cümə günü Allah-taala yaxşı işləri artırar, pis işləri
məhv edər. Möminlərin dərəcəsi artar, duaları qəbul olar, bəlalar uzaqlaşar, möminlərin
duası qəbul olar.
7
◘Hər kəs cümə günü ata-anasının qəbrini ziyarət etsə onun günahları bağışlanar, adı
yaxşılarla yanaşı yazılar.
8
◘Cümə günü cümə qüslünü tərk etməyin. Bu Peyğəmbər (s) sünnəsidir. Həmin gün
ətirlənin, yaxşı libas geyin.
9
◘Həzrət Peyğəmbər (s) buyurur: “Sizə kimlərin behişt əhli olduğunu deyimmi? O
insanlar ki, möhkəm isti və soyuq onu cümə gününün əməllərindən ayırmır.”
10
◘Cümə günü bacardıqca çox xeyir iş görün.
11
◘Cümə günü təmizliklə məşğul olan, dırnağını tutan, saçlarını vurduran, dişlərini
fırçalayan, cümə namazına gedən insanı 70 min mələk müşayiət edir və onun üçün
bağışlanma diləyir.
12
Dostları ilə paylaş: