Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə141/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   137   138   139   140   141   142   143   144   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 6, 7, 8. 9: 
ا َو﴿﴾ الایِوَط ااحْبَس ِراَه نلَا يِف َكَل نِإ﴿﴾ الایِق ُم َوْقَأ َو ااءْط َو ُّدَشَأ َيِه ِلْی للا َةَئِشاَن نِإ﴿
ِرُكْذ
تَبَت َو َكِ بَر َمْسا
﴾ الایِك َو ُهْذ ِخ تاَف َوُه لًِإ َهَلِإ َلً ِب ِرْغَمْلا َو ِق ِرْشَمْلا ُّبَر﴿﴾ الایِتْبَت ِهْیَلِإ ْل
 
“Həqiqətən, gecə (ibadət üçün) ayağa qalxmaq daha davamlı, danışmaq daha 
əsaslıdır; həqiqətən, sən gündüzlər çox hərəkət edir, çalışırsan (ibadətə az vaxt 
qalır); Rəbbinin adını çək, yalnız ona doğru üz tut; o, şərq və qərbin Rəbbidir
Ondan savayı məbud yoxdur, Onu özünə vəkil seç!” 
 
Nöqtələr 
 
◘”Naşiətəl ləyl” dedikdə yuxudan oyanmaq nəzərdə tutulur. İmam Baqir (ə) və 
imam Sadiqdən nəql olunan rəvayətdə bildirilir ki, bu ifadə gecə namazı üçün oyanış 
mənasını ifadə edir.
5
◘”Vətə” bir şeyi ayaq altına almaq mənasını bildirir. Hazırkı ayədə ibadət yolunda 
qədəm atmaq uyğun sözlə ifadə olunur. İmam Sadiq (ə) “əşəddu vətən” ifadəsi ilə bağlı 
buyurur: “Nəzərdə tutulan yalnız Allaha üz tutmaq məqsədi ilə yataqdan qalxmaqdır.”
6
1
“Həşr”, 21
2
“Əraf”, 142 
3
“İsra”, 82 
4
“Muddəssir”, 2 
5
“Təfsiri-məcməül-bəyan” 
6
“Kafi”, c. 3, s. 446 


140 
◘”Təbəttəl” dedikdə nəfs istəklərindən uzaqlaşıb Allah barədə düşünmək nəzərdə 
tutulur. İmam Baqir (ə) buyurur: “Təbəttum” dedikdə namazda təkbir məqsədi ilə əlləri 
qaldırmaq nəzərdə tutulur.” İmam Sadiq (ə) isə uyğun sözün dua zamanı xüzu-xüşu 
halına işarə olduğunu bildirir.
1
 
Rəvayətlərdə gecə namazı haqqında 
 
İslam Peyğəmbəri (s) buyurur: “Sizin ən üstünləriniz gözəl danışanlar, acları 
doyuranlar, hamı yuxuda olduğu vaxt gecə namazı qılanlardır.”
2
Həzrət Peyğəmbər (s) Əli ibn Əbu-Talibə (ə) təkrar-təkrar gecə namazını tövsiyə 
edir.
3
İmam Sadiq (ə) buyurur: “Möminin şərəfi gecə namazındadır.” İmam digər bir 
rəvayətdə buyurur: “Möminin zinəti və iftixarı gecə namazıdır.”
4
Bir şəxs həzrət Əliyhə (ə) dedi: “Mən gecə namazı qılmaq tövfiqindən (ilahi 
yardımından) məhrum olmuşam!” Həzrət buyurdu: “Günahların səni buxovlayıb.”
5
Allah-taala həzrət Musaya xitabən buyurur: “Ey Musa, gecə vaxtı mənimlə 
danışmaq əvəzinə yatanlar məni sevdiyini yalan deyir.”
6
Həzrət Peyğəmbər (s) buyurur: “Gecə yarı qılınan iki rəkət namaz mənim üçün 
dünya və onda olanlardan daha əzizdir.”
7
Rəvayətlərdə bildirilir ki, gecə namazı ruzini 
artırır, borcun ödənməsinə kömək olur, qəm-qüssəni aradan qaldırır, gözə işıq verir.
8
Rəvayətlərdə bildirilir ki, gecə namazı gün uzunu yol verilən günahların 
bağışlanmasına səbəb olur.
9
Allah-taala Quranda bəzi əməllərin mükafatını qeyd etmişdir. Amma gecə namazı 
haqqında buyurur ki, gecə namazı müqabilində nə veriləcəyini kimsə bilməz.
10

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin