Nur təFSİRİ


َكَعَم َنی ا َن ِم َر سَیَت اَم اوُؤَرْقاَف ْمُكْیَلَع َباَتَف ُهوُصْحُت ن ل نَأ َمِلَع َراَه نلا َو َلْی للا ُرِ دَقُی ُ اللّ َو



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə146/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   142   143   144   145   146   147   148   149   ...   317
NUR-TƏFSİRİ-12

َكَعَم َنی
ا َن ِم َر سَیَت اَم اوُؤَرْقاَف ْمُكْیَلَع َباَتَف ُهوُصْحُت ن ل نَأ َمِلَع َراَه نلا َو َلْی للا ُرِ دَقُی ُ اللّ َو
ِنآ ْرُقْل
 َی ِض ْرَ ْلْا يِف َنوُب ِرْضَی َنوُرَخآ َو ىَض ْر م مُكنِم ُنوُكَیَس نَأ َمِلَع
 ِ اللّ ِلْضَف نِم َنوُغَتْب
 
لا اوُتآ َو َة َلا صلا اوُمیِقَأ َو ُهْنِم َر سَیَت اَم اوُؤَرْقاَف ِ اللّ ِلیِبَس يِف َنوُلِتاَقُی َنوُرَخآ َو
 َةاَك ز
 َوُه ِ اللّ َدنِع ُهوُد ِجَت ٍرْیَخ ْنِ م مُكِسُفنَ ِلْ اوُمِ دَقُت اَم َو اانَسَح ااض ْرَق َ اللّ اوُض ِرْقَأ َو
 
ا ارْیَخ
 
 َمَظْعَأ َو
﴾ٌمی ِح ر ٌروُفَغ َ اللّ نِإ َ اللّ اوُرِفْغَتْسا َو اارْجَأ
 
“Həqiqətən, sənin Rəbbin bilir ki, sən və səninlə olanlardan bir dəstəsi gecənin 
üçdə ikisini, ya yarısını, ya da üçdə birini ibadətə durursunuz. Allah gecə və 


144 
gündüzü ölçüb müəyyənləşdirir. O bilir ki, siz gecəni dəqiq hesablaya bilməzsiniz. 
Buna görə də sizi bağışladı (gecənin dəqiq hesabını istəmədi). Bacardığınız qədər 
Qurandan oxuyun. Allah bilir ki, bəziləriniz xəstələnəcək, bəziləriniz Allahın 
fəzlindən ruzi diləmək üçün səfərə çıxacaq, bəziləriniz Allah yolunda cihada məşğul 
olacaq. (Buna görə də Quran tilavət edə bilməyəcək). Nə qədər bacarırsınızsa 
Quran oxuyun, namaz qılın, zəkat ödəyin, Allaha borc verin, gözəl bir borc! (Bilin 
ki) Özünüz üçün öncədən göndərdiyinizi Allahın yanında daha yaxşı, daha böyük 
müküfatla alacaqsınız. Allahdan bağışlanma diləyin. Həqiqətən, Allah bağışlayan və 
mehribandır.” 
 
Nöqtələr 
 
◘Ayədə buyurulur ki, gecə namazı, Quran tilavəti, məhrumlara yardım kimi xeyir 
işlərlə öyünməyin, yenə də tövbə qılın. 
◘Bu ayə gecələr göz yaşından tutmuş gündüzlər cihadadək İslamın əhatə dairəsini 
göstərir. Allahla rabitədən yoxsullara yardımadək, Quran tilavətindən ticarət 
səfərlərinədək təlaşlar bu dairəyə daxildir. 
◘Ötən ayələrdə buyuruldu ki, gecənin yarısını, ya üçdə birini, ya da üçdə ikisini 
ibadətə məşğul olun. Bu ayədə isə gecə ibadətləri ilə bağlı hesab aparmağın çətinliyi 
bildirilir və insan həmin hesabatdan azad olunur. Allah insanı bağışlayır, ondan bacardığı 
qədər ibadət istəyir. Xüsusi ilə xəstələr və səfərə çıxanlar üzürlü sayılır. 
◘İmam Riza (ə) hazırkı ayənin təfsiri ilə bağlı peyğəmbərdən belə nəql edir: “Nə 
qədər ki xüşulusunuz və qəlbinizdə səfa var Quran oxuyun.”
1
◘Bu ayədə ticarət məqsədi ilə səfər cihadla yanaşı zikr olunur. Hansı ki birinci iş 
dünyəvi, ikinci isə üxrəvidir. Rəvayətlərə əsasən əgər tacir öz işində Allahı yadda 
saxlasa, əskik və baha satmasa, möhtəkirliyə yol verməsə Allah yolunda vuruşan 
mücahid kimidir.
2
◘Quran tilavəti vacib olmasa da, çox tövsiyə edilir. Belə ki, bir ayədə iki dəfə Quran 
tilavət etmək tapşırılır. 
◘İslam hökmləri insanların hökmlərinə uyğundur. Kimsə gücündən artıq 
yüklənməyib. Xəstə dəstəmaz əvəzinə təyəmmüm edir, oruc tutmur. İlahi göstərişlərin 
uyğun səciyyələrini açıqlayan bəzi ayələri nəzərdən keçirək: Allah imkanınızın 
çatmayacağını bilib bunu sizə bağışladı; Bacardığınız qədər Quran oxuyun; Sizin üçün 
yüngülləşdirildi
3
; Gücünüz çatdığı qədər qüvvə toplayın
4
; İmkanı çatan Həccə getsin
5

Allah kimsəni gücündən artıq yükləməmişdir
6
; Allah yalnız əta etdiyi qədər istəyir
7

Xəstələnən və ya səfərdə olan ramazan ayında oruc tutmasın
8
; Su tapmasanız təyəmmüm 
edin
9
; Allah sizin üçün asanlıq istəyir
1
; Kor və xəstə cihadda iştirak etməyə borclu deyil.
2
deyil.
2
1
“Təfsiri-məcməul-bəyan” 
2
“Təfsiri-dürrül-Mənsur” 
3
“Ənfal”, 66 
4
“Ənfal”, 60 
5
“Ali-İmran”, 97 
6
“Bəqərə”, 286 
7
“Təlaq”, 7 
8
“Bəqərə”, 184 
9
“Nisa”, 43 


145 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin