169
Nöqtələr
◘”Əbrar” sözü ya “bərr”, ya da “barr” sözünün cəm formasıdır. Hər halda “bərr”
dedikdə genişlik mənası anlaşılır. Çöl, səhra, biyaban geniş olduğundan “bərr”
adlandırılır. Xeyir əməl sahibi olan insanın ruhu böyükdür. Bu qəbil insanlar bir iş
gördükdə var-dövlət qazanmaq yox, ilahi məqsəd izləyirlər. Onların ehtiyaclılar üçün
ətəyi geniş olduğu kimi mükafatları da böyükdür.
◘”Kafur” dedikdə sərinlik və bəyazlıqda zərbül-məsəl olmuş ətirli ot nəzərdə tutulur.
◘”Təfcir” sözü yırtmaq, yarmaq mənasını bildirir. Günahla həya pərdəsini yırtan
insana “facir” deyilir. Amma “fəcr” dedikdə gecənin qaranlığını yaran nur nəzərdə
tutulur.
◘Rəvayətlərə əsasən, hazırkı ayələrdə “əbrar” dedikdə Peyğəmbər (s) Əhli-beyti (ə)
nəzərdə tutulmuşdur. Ayələrdə onların oruc nəzr etdiyi, öz iftirlarını yetim, miskin və
əsirə verdiyi bəyan olunur.
Bəziləri bu surənin Mədinədə nazil olduğunu iddia etsələr də, onun Məkkədə nazil
olduğunu bildirənlər də var. Onların nəzərincə Həsən və Hüseyn Mədinədə dünyaya göz
açmışdır və bu əsasla ayələrin Əhli-beyt (ə) haqqında nazil olmadığı nəzərə gəlir. Çünki
onların xəstəliyi, Peyğəmbərin (s) onları yoxlaması və valideynlərinin oruc tutması
Mədinədə baş vermişdir.
Cavab olaraq deməliyik ki, bir çox Məkkə surələri arasında Mədinə ayələri var. Bu
növ duanı həmin ayələrdəki “əsir” sözü də təsdiqləyir. Çünki Məkkədə əsir yox idi və
yalnız Mədinəyə hicrətdən sonra müharibələrdə əsir götürülmüşdür.
Dostları ilə paylaş: