Bildirişlər 1. Dünyaya məhəbbət və bağlılıq günah və küfr qaynağı, günahkarlıq nişanəsidir.
2. Dünya ötəri və davamsızdır.
3. Dünyapərəstlik və axirətə arxa çevirilməsi günahkarlıq üçün zəmindir.
4. Qiyamət çox ağır bir gündür.
5. Dünyanın ötəriliyinin və qiyamət gününün ağırlığının nəzərə alınması insanı
dünya əsarətindən qurtaran amillərdəndir.
Ayə 28, 29, 30, 31: ءا َر َو َنوُرَذَی َو َةَل ِجاَعْلا َنوُّب ِحُی ء َلًُؤَه نِإ﴿ اَنْدَدَش َو ْمُهاَنْقَلَخ ُنْحَن﴿﴾ الایِقَث اام ْوَی ْمُه ِبَس ِهِ بَر ىَلِإ َذَخ تا ءاَش نَمَف ٌةَرِكْذَت ِهِذَه نِإ﴿﴾ الایِدْبَت ْمُهَلاَثْمَأ اَنْل دَب اَنْئِش اَذِإ َو ْمُهَرْسَأ اَم َو﴿﴾ الای یِلَع َناَك َ اللّ نِإ ُ اللّ ءاَشَی نَأ لًِإ َنوُؤاَشَت ِهِتَمْح َر يِف ءاَشَی نَم ُل ِخْدُی﴿﴾اامیِكَح اام ﴾اامیِلَأ ااباَذَع ْمُهَل دَعَأ َنیِمِلا ظلا َو “Bizik onları yaradan, oynaqlarını möhkəmlədən. Nə vaxt istəsək onların yerinə özləri kimisini gətirərik; doğrudan da bu ayələr xəbərdarlıq vasitəsidir; hər kəs istəsə, Rəbbinə doğru yol tutar; yalnız Allah istəsə siz də bir şey istəyə bilərsiniz; həqiqətən, Allah bilən və hikmət sahibidir; o istədiyinə mərhəmət qılır; zalımlar üçün ağrılı əzab hazırlanmışdır.” Nöqtələr ◘”Əsr” dedikdə bəndlərlə bağlamaq nəzərdə tutulur. Bəndə salınmış, bağlanmış
insan əsir adlanır. “Şədədna əsrəhum” yəni insanın bəndlə oynaqlarını möhkəmlətdik.
Bildirişlər 1. Küfr və tüğyan insanın məhvi üçün zəmindir.
2. Allahın insanı yaratmaq gücü onun insanı məhv etmək gücündən danışır.
3. Allah xəbərdarlığı başa çatdırmış, höccəti tamamlamışdır.
4. Quran xəbərdarlıq vasitəsidir.
5. Allahın yolu məcburi deyil. İstəyən səadətə çatır. İnsan özü yol seçib, bu yolu
keçməlidir.
6. İnsanın istəyi Allahın istəyindən önəmli deyil və ona bağlıdır. Yalnız Allah
istədiyi təqdirdə insanın istəyi həyata keçir.
7. Allahın təqdiri elm və hikmətə əsaslanır.
8. Allahın hikmətli tədbirləri əsasında mərhəmət istəyənlər mərhəmətə çatır.
9. İlahi mərhəmətdən uzaq qalanlar özləri zülm yolunu seçmişlər.
1
“Təfsiri-nurus-səqəleyn”