Nur təFSİRİ


vaxt təyin olunar; (soruşular) hansı gün üçün əcəl təyin olunub? Mühakimə günü



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə180/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   176   177   178   179   180   181   182   183   ...   317
NUR-TƏFSİRİ-12

vaxt təyin olunar; (soruşular) hansı gün üçün əcəl təyin olunub? Mühakimə günü 
üçün; sən nə bilirsən ki mühakimə günü nədir?” 
 
Nöqtələr 
 
◘”Təms” dedikdə məhv olmaq, aradan götürülmə mənaları anlaşılır. Olsun ki, 
günəşin nurunun aradan getməsi nəzərdə tutulmuşdur. 
◘”Fərc” dedikdə yarıq mənası anlaşılır. Ayədə səmanın yaraılması, parçalanması 
nəzərdə tutulur. 
◘”Uqqitət” sözü “vəqt” sözündən olub qiyamətdə peyğəmbərlər üçün vaxt təyin 
edilməsinə işarədir. Başqa ayələrdə də uyğun məzmunla rastlaşırıq.
1
◘Qiyamətin adlarından biri də “yəvmul-fəsl”, yəni ayrılıq günüdür. “Həcc” surəsinin 
17-ci ayəsində buyurulur ki, Allah-taala qiyamət günü onların arasında ayrılıq salar. 
◘Bu ayələrdə qiyamətin əzəməti üç təbirlə yada salınır: “Li əyyi yəvmin uccilət, 
liyəvmil-fəsl, və ma ədrakə ma yəvmul-fəsl.” “Yəvm”, “gün” sözünün təkrarı əzəmət 
göstəricisidir. 
◘Qurani-kərimin digər ayələrində də oxşar ayə ilə rastlaşırıq.
2
Bildirişlər 
 
1. Varlıqdakı nizam qiyamət günü pozular. Ulduzlar məhv olar, səma parçalanar. Bu 
barədə Quranda dəfələrlə xəbərdarlıq olunur. 
2. Qiyamətin mahiyyətini yalnız vəhy yolu ilə öyrənmək mümkündür. 
3. Bir mövzudan ki, peyğəmbər lazımınca xəbərdar deyil, başqaları necə xəbərdar 
olsun?! 
4. Qiyamət günü peyğəmbərlərin ümmətlərə şəhadəti üçün müəyyən vaxt təyin 
olunmuşdur. 
Ayə 15, 16, 17, 18, 19: 
 ُلَعْفَن َكِلَذَك﴿﴾َنی ِر ِخ ْلَا ُمُهُعِبْتُن مُث﴿﴾َنیِل وَ ْلْا ِكِلْهُن ْمَلَأ﴿﴾َنیِبِ ذَكُمْلِ ل ٍذِئَم ْوَی ٌلْی َو﴿
 
﴾ َنیِبِ ذَكُمْلِ ل ٍذِئَم ْوَی ٌلْی َو﴿﴾َنیِم ِرْجُمْلاِب
 
“Həmin gün vay halına təkzib edənlərin; məgər öncəkiləri həlak etmədik? 
Sonra başqalarını da onların ardınca gətirərik; biz günahkarlarla belə rəftar edirik; 
vay olsun həmin gün təkzib edənlərin halına.” 
 
1
“Maidə”, 109 
2
“Təkvir”, 2; “İnşiqaq”, 1; “Taha”, 105; “Maidə”, 109 


179 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin