Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə181/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   177   178   179   180   181   182   183   184   ...   317
NUR-TƏFSİRİ-12

Nöqtələr 
 
◘Bu surədə “Vay olsun təkzib edənlərin halına” cümləsi dəfələrlə təkrar olunur. Bir 
neçə ayədən sonra həmin ayə ilə rastlaşırıq. “Vəyl” (vay olsun) ifadəsi əzabla qorxudulan 
zaman işlədilir. Rəvayətlərə əsasən cəhənnəmdə xüsusi bir vadi və ya cəhənnəm 
qapılarından biri belə adlanır. 
Bildirişlər 
 
1. Dini təkzib edənlər məhv olmaq təhlükəsi ilə üzbəüzdürlər. Allahın onlara qəzəbi 
ilahi bir sünnə, qanundur. 
2. Keçmişdəkilərin tarixini bəyan etməklə hazırkı insanların yatmış vicdanını 
oyadın. 
3. Dinin təkzibi ilə tarix boyu rastlaşmaq olar.
4. Din çərçivəsini aşmış mədəniyyətlər süquta uğrayır, başqa mədəniyyətlə əvəz 
olunur. 
5. Cəmiyyətdə günah və fəsadın kökü din və dini dəyərlərin təkzibidir. 
6. Allahın qəzəbi qanunauyğundur və yalnız günahkarları yaxalayır. 
7. İlahi əzablar intiqam üçün deyil, insanların öz qazancıdır. 
Ayə 20, 21, 22, 23, 24: 
 ُّكقُل ْخَن ْمَلَأ﴿
 َف اَن ْرَدَقَف﴿﴾ ٍموُلْع م ٍرَدَق ىَلِإ﴿﴾ٍنیِك م ٍراَرَق يِف ُهاَنْلَعَجَف﴿﴾ٍنیِه م ءا م نِ م م
 َمْعِن
﴾ َنیِبِ ذَكُمْلِ ل ٍذِئَم ْوَی ٌلْی َو﴿﴾َنوُرِداَقْلا
 
“Biz sizi dəyərsiz bir sudan yaratmadıq? Onu möhkəm bir yerdə qərar verdik; 
müəyyən bir müddətədək; sonra ölçü apardıq və biz necə də yaxşı ölçü aparırıq; vay 
olsun həmin gün təkzib edənlərə.” 
 
Nöqtələr 
 
◘”Məhin” dedikdə həqir, alçaq, zəif, az mənası nəzərdə tutulur. “Məkin” sözü 
möhkəm mənasını bildirir. 
◘Bir məhsulun istehsalı üçün müəyyən vasitələr və şəraitə ehtiyac var. Məqsədin 
təyini, maddələrlə təminat, layihə və proqram, zaman bölgüsü, istehsaldan sonrakı 
xidmətlər, təmir və islah zəruri mərhələlərdir. İnsanın yaranışında bütün bu mərhələlər 
nəzərə alınmış və icra edilmişdir: məqsəd insanın azad şəkildə təkamülüdür
1
; insanın 
ilkin maddəsi torpaq və nütfədir; istehsal məhəlli möhkəm bir qərargahdır; insan 
proqramla yaradılır; onun yaranışında zaman bölgüsü var; xarici nəzarətlə yanaşı batini 
proqram icra edilir
2
; yaranışdan sonra da ona xidmət göstərilir
3
; tövbə və bağışlanma ilə 
islahat gedir.
4
◘Yaranışda ən böyük məharət budur ki, Allah insan kimi mürəkkəb bir varlığı bir 
damla sudan xəlq edir. Hansı sənətkarda belə bir qüvvə var?! 
1
“Zariyat”, 56 
2
“Şəms”, 8; “İnsan”, 3; “Ləyl”, 12 
3
“Zuxruf”, 32 
4
“Tövbə”, 104; “Ənam”, 54 


180 
◘Allah insanın yaranışı ilə bağlı özünə əhsən söyləyir
1
, hazırkı ayədə bu işin ölçü ilə 
aparıldığını nəzərə çatdırır. Bəli, Allah-taala ən üstün yaradan və ölçü aparandır.
◘”Niməl qadirun” ifadəsi iki şəkildə mənalandırıla bilər. 
a) Özündən əvvəlki sözə əsasən burada işin ölçü ilə aparıldığı nəzərdə tutulur. 
b) İnsanın yaranışında böyük bir qüdrətə ehtiyac olduğundan bu söz qüdrət kimi də 
mənalandırıla bilər. Allah-taala insanın yaranışında misilsiz qüdrət göstərmişdir. 
◘Allah bütün işlərdə üstündür: O ən üstün yardımçı, ən üstün qəyyum
2
, ən üstün 
sığınacaq
3
, ən üstün qayğı göstərən
4
, istəkləri ən üstün şəkildə yerinə yetirən
5
, ən üstün 
mükafatlandıran
6
, ən üstün qüdrət və təqdir sahibidir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin