Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə19/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   15   16   17   18   19   20   21   22   ...   317
NUR-TƏFSİRİ-12

“MUNAFİQUN” SURƏSİ
 
 
(63-CÜ SURƏ; 11 AYƏ) 
 
İYİRMİ SƏKKİZİNCİ CÜZ 
 
“MUNAFİQUN” SURƏSİNİN SİMASI 
 
Bu surə də “Cumuə” surəsi kimi 11 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur. 
Münafiqlər haqqında təkcə bu surədə danışılmır. Qurani-kərimin bir çox surələrində
xüsusi ilə Mədinə surələrində münafiqlərin ruhi səciyyələrindən və rəftarlarından söz 
açılır. Münafiqlər haqqında “Tövbə” surəsində daha ətraflı danışılır. “Tövbə” surəsinin 
yüzədək ayəsi münafiqlərin xüsusiyyətlərini bəyan edir.
“Munafiqun” surəsini cümə namazında oxumaq tövsiyə olunur. Olsun ki, bu yolla 
İslam ümməti münafiqlərin fitnəkarlığından xəbərdar edilir. “Cəvahirul-əhkam” kimi fiqh 
kitablarında bildirilir ki, imam cümə “Həmd” surəsindən sonra başqa bir surəni 
başlayarsa, nə qədər ki onun yarısını oxumayıb tilavəti dayandırıb “Munafiqun” surəsini 
oxuya bilər. Yalnız “Cumuə” və ya “Tövhid” surələrini başlayıbsa onları əvəz etmək 
lazım deyil. 
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə"
 
Ayə 1: 
 َءاَج اَذِإ﴿
 ُ لِلّٱ َو ُهُلوُسَرَل َك نِإ ُمَلْعَی ُ لِلّٱ َو ِ لِلّٱ ُلوُسَرَل َك نِإ ُدَهْشَن ْاوُلاَق َنوُقِفاَنُمْلٱ َك
 ُدَهْشَی 
﴾ َنوُبِذاَكَل َنیِقِفاَنُمْلٱ نِإ
“Münafiqlər sənin yanına gəldikləri vaxt deyərlər: “Şəhadət veririk ki, sən 
Allahın peyğəmbərisən.” Allah bilir ki, sən Onun peyğəmbərisən və Allah şəhadət 
verir ki, münafiqlər yalançıdır.” 
 
Nöqtələr 
 
◘“Nifaq” sözü gizlənmək və ya qaçmaq üçün nəzərdə tutulmuş yeraltı tunel 
mənasını bildirən “nəfəq” sözündəndir. Səhər siçovulu, kərtənkələ kimi canlılar da 
yuvalarından ikinci deşik qoyurlar. Münafiq də təhlükə zamanı aradan çıxmaq üçün 
ehtiyat yolu saxlayır. 
◘İnsanlar dörd qrupa bölünür:
a) Qəlbən iman gətirib vəzifəsinə əməl edənlər həqiqi möminlər qrupundandır; 
b) Qəlbən iman gətirib əməli göstərişləri yerinə yetirməyənlər günahkarlar 
qrupundandır. 
v) Qəlbən iman gətirmədiyi halda zahirdə özünü iman gətirmiş kimi göstərənlər 
münafiqlərdir. 


25 
q) Başqa bir qrup nə iman gətirmişdir, nə də vəzifəsinə əməl edir. Bunlar kafirlərdir.
1
◘Həzrət Əli (ə) buyurur ki, nifaq insanın daxilən yaşadığı həqarət hissindən 
qaynaqlanır.
2

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin