Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə194/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   190   191   192   193   194   195   196   197   ...   317
NUR-TƏFSİRİ-12

“NAZİAT” SURƏSİ 
 
(79-CU SURƏ; 46 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“NAZİAT” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 46 ayədən ibarətdir. 
Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. “Naziat” dedikdə can alan mələklər 
nəzərdə tutulur. 
Digər Məkkə surələri və “Nəbə” surəsi kimi bu surədə də qiyamət və məad 
mövzuları əsas mövzudur. 
Möminlərin və kafirlərin canının çıxarılması, bəndələrinin bütün işlərinin idarə 
edilməsi mələklərin öhdəsində olduğundan surə həmin mələklərə andla başlayır. Surədə 
Musa və Fironun əhvalatları yada salınır, Fironun azğınlıqları müqabilində onun 
dünyada ağır cəzaya düçar olması bildirilir. Bu bildirişlər insanı cəhənnəmə sürükləyən 
azğınlıq və dünyapərəstliyin bəyanı üçün bir müqəddimədir. Əksinə, azğın nəfs istəkləri 
ilə mübarizə, Allah qorxusu insanı əbədi behişt səadətinə qovuşdurur. 
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
 
Ayə 1, 2, 3, 4, 5: 
 ْشَن ِتاَطِشا نلا َو﴿﴾ااق ْرَغ ِتاَع ِزا نلا َو﴿
 ِتاَقِبا سلاَف﴿﴾ااحْبَس ِتاَحِبا سلا َو﴿﴾ااط
﴾ا ارْمَأ ِتاَرِ بَدُمْلاَف﴿﴾ااقْبَس
 
“And olsun çətinliklə can çıxaran mələklərə; and olsun asanlıqla can alan 
mələklərə; and olsun (Allahın əmrini yerinə yetirmək, möminlərin canını asanlıqla, 
kafirlərin canını çətinlikə almaq üçün) sürətlə üzən, bir-birini ötüb keçən mələklərə
and olsun işləri idarə edən mələklərə.” 
 
Nöqtələr 
 
◘”Nəz” dedikdə ayırmaq, qoparmaq, çəkib çıxarmaq mənaları nəzərdə tutulur. 
“Ğərq” və “əğraq” sözləri şiddət, çətinlik, zor mənalarını bildirir. “Nəşt” dedikdə düyün 
açmaq mənası başa düşülür. “Nişat”, yəni ruhi dolaşıqlıqların açılması. Mələklər 
namazını süstlük və ikrahla qılan bəzi insanlardan fərqli olaraq öz işlərini həvəslə yerinə 
yetirirlər. “Naşit” dedikdə işi rəğbətlə görən kəs nəzərdə tutulur. Vedrə ilə quyudan su 
çəkən insana da “naşit” deyirlər. Nəzərdə tutulur ki, mələklər möminlərin canını ağrı-
acısız, asanlıqla alar. 
1
◘”Naziat” və “naşitat” sözləri əslində mələklərin vəsfi üçün işlədilmişdir. Çünki 
həmin iki söz “taifə” sözü kimi qadın cinsinə aiddir. 
1
“Təfsiri-rahnoma” 


193 
◘”Sabihat” sözü suda və havada iti hərəkət mənasını bildirir. İşarə olunur ki
mələklər ilahi əmrləri dərhal və sürətlə yerinə yetirərlər. 
◘Həzrət Əli (ə) buyurur ki, mələklər möminlərin canını yüngül şəkildə, dostcasına 
çıxarar.
1
◘Allahın mələklərə andı onların varlıq aləmindəki əhəmiyyət və yerini gösətirir. 
Onların gördüyü işlər də əhəmiyyətlidir. 
◘Ayələrdə qeyd olunmuş beş sifət beş qrup mələyə aid ola bilər. Bu da mümkündür 
ki, bir qrup mələkdə bu sifətlər olsun. Bu mələklər Allahdan əmr gələn kimi həvəslə 
yerindən qalxır, sürətlə hərəkətə başlayır. Onlar Allah əmrinin icrası üçün bir-birlərini 
ötüb keçirlər.
2

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin