210
“İNFİTAR” SURƏSİ
(82-Cİ SURƏ; 19 AYƏ)
OTUZUNCU CÜZ
“İNFİTAR” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 19 aydən ibarətdir.
Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. “İnfitar” dedikdə səmanın
parçalanması nəzərdə tutulur.
Digər Məkkə surələri kimi bu surənin də əsas mövzusu qiyamət, insanların
qiyamətdəki ağır halıdır. Surədə dünyanın sonunda, qiyamət astanasında baş verəcək
əzəmətli hadisələrdən danışılır, insanların əməl naməsini yazan mələklərə işarə edilir,
yaxşı və pis insanların aqibəti yada salınır, qiyamət gününün müxtəlif problemləri qeyd
edilir.
Vacib və müstəhəb namazlarda bu surəni oxumağın bir sıra fəzilətləri var. Məlum
olur ki, insan qiyaməti yada salmağa daim ehtiyaclıdır. Qiyamətlə bağlı düşüncələr insanı
dünya əsarətindən qurtarır.
Dostları ilə paylaş: