Nur təFSİRİ


Ayə 6, 7, 8, 9, 10, 11, 12



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə213/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   209   210   211   212   213   214   215   216   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 6, 7, 8, 9, 10, 11, 12:
 
 ا م ٍة َروُص ِ يَأ يِف﴿﴾ َكَلَدَعَف َكا وَسَف َكَقَلَخ يِذ لا﴿﴾ِمی ِرَكْلا َكِ بَرِب َك رَغ اَم ُناَسنِ ْلْا اَهُّیَأ اَی﴿
﴿﴾ َنیِبِتاَك ااماَرِك﴿﴾َنیِظِفاَحَل ْمُكْیَلَع نِإ َو﴿﴾ِنیِ دلاِب َنوُبِ ذَكُت ْلَب لاَك﴿﴾ َكَب كَر ءاَش
 اَم َنوُمَلْعَی
﴾ َنوُلَعْفَت
 
“Ey insan! Səni Rəbbin qarşısında qürrələndirən nədir? O kəs ki səni yaratdı, 
möhkəmləndirdi, ölçüyə saldı! Səni istədiyi şəklə saldı; bununla belə siz cəza 
gününü yalan sayırsınız; hansı ki sizlərə nəzarətçi qoyulmuşdur; gödüyünüz 
işlərdən xəbərdar olan, yazıya alan böyük mələklər.” 
 
Nöqtələr 
 
◘”Səvvak” möhkəmlik, sabitlik, tərəddüdən uzaqlıq mənasını bildirir. “Ədələk” sözü 
isə bədən üzvləri arasındakı tarazlığı ifadə edir. 
◘Allahın kərəminə öz əməllərinizə arxalanın. Peyğəmbərlər Allahın kərəmindən 
xəbərdar olsalar da, əmələ çalışırdılar. 
◘Bəli, Allah kərimdir! Onun mələkləri də, kitabı da, mükafatı da kərimdir!
1
◘Allah kərimdir! O həm günahları bağışlayır, həm eybləri örtür, həm də mükafatı 
artırır. 
Bildirişlər 
 
1. İnsan qafil və lovğa bir mövcuddur. O işlərinin sonu barədə düşünmür. Özünü 
Allahın qəzəbindən amanda bilir. 
2. Zəif və möhtac insan nə üçün qürrələnir? 
3. Ən pis təkəbbür və qürur kərim və yaradan Rəbbin qarşısında təkəbbür və 
qürurdur. 
1
“Haqqə”, 40; “Vaqeə”, 77; “Yasin”, 11 


212 
4. İnsanın təkəbbür və qəfləti Allahın lütf və kərəmindən, sirləri örtməsindən sui-
istifadədir. 
5. Allah təkcə möminlərə lütf göstərmir. Onun lütfündən bütün insanlar bəhrələnir. 
6. İnsanın təkəbbürü onun ilahi nemətlər və Allahın əzəmətindən xəbərsizliyini 
göstərir. 
7. Təkəbbürün dərmanı Allahın böyük lütflərinə diqqətdir. 
8. Yaranış qüdrətdən, sorğu-sual hikmətdən, tarazlıq bütün bəşəri ehtiyaclardan 
xəbərdarlıqdan danışır. 
9. İnsanın yaranışı və onun bədən üzvləri arasındakı tarazlıq Allahın kərəmini 
göstərir. 
10. İnsanların qiyafə baxımdan fərqliliyi ilahi hikmətə əsaslanır. 
11. Təkəbbürü sındırmaq üçün ilahi nemətləri birbəbir sadalamaq lazımdır. 
12. İnsanı dünyada yaradan kəs onu axirətdə də dirildə bilər. Təkzib edənlər nəyə 
əsaslanır? 
13. Dünya ilə qürrələnən insan axirəti inkar edər. 
14. Siz qiyaməti inkar etsəniz də, mələklər öz işini görür. 
15. Çoxsaylı mələklər insanları qorumağa məsuldur. 
16. Mələklər insanların əməllərini qeyd almağa məsuldur. 
17. Yaxın mələklər əməlləri qeydə alarkən böyüklüklə rəftar edirlər. 
18. Mələklər həm çoxsaylı, həm itigöz, həm də xırdalığı seçəndirlər. 
19. Məsum mələklər tərəfindən əməllərin qeydə alınması insanları həya və təqvaya 
sövq edir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin