“MUTƏFFİFİN” SURƏSİ (83-CÜ SURƏ; 36 AYƏ) OTUZUNCU CÜZ “MUTƏFFİFİN” SURƏSİNİN SİMASI Məkkədə nazil olmuş bu surə 36 ayədən ibarətdir. Amma bəzi rəvayətlərə əsasən
surənin ilk ayələri Mədinədə nazil olmuşdur.
Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Mutəffifin” dedikdə əskik satanlar
mənası nəzərdə tutulur.
Bu surə əskik satanlara xəbərdarlıqla başlayır. Bildirilir ki bu əməlin səbəbi qiyamət
gününə etiqadsızlıqdır.
Günahkar və azğın insanların taleyi, onların ilahi ayələrə münasibəti bu surənin
növbəti mövzularındandır.
Əbədi nemətlərin, behişt əhlinin şadlığının yada salınması möminlərin qəlbini
işıqlandırır, onların sıxıntılar qarşısında müqavimətini gücləndirir. Nəticədə, onlar
kafirlərin və günahkarların təhqirlərindən üzülmürlər. Rəvayətlərə əsasən bu surənin
namazda oxunması insanı qiyamət günü əzabdan qoruyur. Bu surəni düşünərək oxuyub
ona əməl edənə pak behişt içkiləri içirilir.
1
ِمْسِب رلا ِللهٱ ِنمْح رلٱ ِمی ِح "Rəhman və Rəhim Allahın adı ilə" Ayə 1, 2, 3, 4, 5, 6: َز و وَأ ْمُهوُلاَك اَذِإ َو﴿﴾َنوُف ْوَتْسَی ِسا نلا ىَلَع ْاوُلاَتْكا اَذِإ َنیِذ لا﴿﴾َنیِفِ فَطُمْلِ ل ٌلْی َو﴿ ْمُهوُن م مُه نَأ َكِئَلوُأ ُّنُظَی َلًَأ﴿﴾َنوُرِسْخُی اَعْلا ِ بَرِل ُسا نلا ُموُقَی َم ْوَی﴿﴾ٍمیِظَع ٍم ْوَیِل﴿﴾َنوُثوُعْب ﴾ َنی ِمَل “Vay olsun əskik satanlara; o kəslərə ki, xalqdan alarkən ölçdükdə tam alar, xalqa (satarkən) ölçdükdə əskik qoyarlar; onlar bir gün qaldırılacaqlarını düşünmürlərmi? Böyük bir gün üçün! Elə bir gün ki insanlar aləmlər Rəbbinin