Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə222/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   218   219   220   221   222   223   224   225   ...   317
NUR-TƏFSİRİ-12

“İNŞİQAQ” SURƏSİ 
 
(84-CÜ SURƏ; 25 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“İNŞİQAQ” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 25 ayədən ibarətdir.
Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “İnşiqaq” dedikdə yarılma mənası 
başa düşülür. Digər Məkkə surələrində olduğu kimi bu surədə də əsas mövzu məad və 
qiyamətdir. 
Surədə varlıq aləmindəki nizamın pozulmasından, yer və göyün bir-birinə 
qatışmasından, qiyamətin bərpasından, axirət nizamının qurulmasında danışılır. 
İnsan qiyamət günü öz təlaşlarının səmərəsinə çatar. Pak və çirkin əməl sahiblərinin 
namələri onların əlinə verilər. Bu namələr əsasında insanlar mükafatlandırılar və ya 
cəzalandırılar. Bu ilahi sünnə tarix boyu işlək olmuşdur. Bütün insanlar bu sayağı hesaba 
çəkilər. 
Rəvayətdə bildirilir ki, bu ayələrin mənasını düşünərək oxumaq insanın əməl 
naməsini sağ əlinə verilməsi ilə, başqa sözlə, qurtuluşu ilə sonuclanar.
1
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
 
Ayə 1, 2, 3, 4, 5: 
 اَهیِف اَم ْتَقْلَأ َو﴿﴾ ْت دُم ُض ْرَ ْلْا اَذِإ َو﴿﴾ ْت قُح َو اَهِ بَرِل ْتَنِذَأ َو﴿﴾ ْت قَشنا ءاَم سلا اَذِإ﴿
﴾ ْت قُح َو اَهِ بَرِل ْتَنِذَأ َو﴿﴾ ْت لَخَت َو
 
“O zaman ki, səma yarılar; Rəbbinin əmrinə tabe olar ki, belə daha yaxşıdır; o 
zaman ki yer hamarlanar; köksündə olanları çölə atıb boşalar; Rəbbinin əmrinə 
tabe olar ki, belə daha yaxşıdır.” 
 
Nöqtələr 
 
◘”İnşiqaq” dedikdə yarılma mənası anlaşılır. Həzrət Əli (ə) buyurur: “Səma 
kəhkəşan yolu parçalanar.”
2
◘”Əzinət” sözü “uzun” sözündəndir. Bu söz eşidiləcək söz mənasını bildirir.” 
“Huqqət” dedikdə layiq, münasib, haqqı olan mənaları nəzərdə tutulur. 
◘Qiyamətdə yerin köksündə olanlar, ölülər, xəzinələr bayıra çıxarılar. “Zilzal” 
surəsində də bu məsələyə toxunulur. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin