Nur təFSİRİ


Ayə 8:   َهْن ِم ُّزَعَ ْلْٱ نَج ِرْخُیَل ِةَنیِدَمْلٱ ىَلِإ آَنْعَج ر نِئَل َنوُلوُقَی﴿



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə25/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   21   22   23   24   25   26   27   28   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 8: 
 َهْن ِم ُّزَعَ ْلْٱ نَج ِرْخُیَل ِةَنیِدَمْلٱ ىَلِإ آَنْعَج ر نِئَل َنوُلوُقَی﴿
وُس َرِل َو ُة زِعْلٱ ِ ِلِلّ َو لَذَ ْلْٱ ا
 ِهِل
﴾ َنوُمَلْعَی َلً َنیِقِفاَنُمْلٱ نِكَل َو َنیِنِمْؤُمْلِل َو
 
“Onlar deyirlər ki, əgər (döyüşdən) Mədinəyə qayıtsaq, ən qüvvəlilər ən çox 
zillətdə olanları xaric edəcəklər. Hansı ki qüvvət də iqtidar da Allaha, Onun 
peyğəmbərinə və möminlərə məxsusudur. Amma münafiqlər bilməz.” 
 
Nöqtələr 
 
◘Təfsirlərdə 5-8-ci ayələrin nazil olma şəni müfəssəl bəyan edilmişdir. Qısaca nəzər 
salaq: hicri 6-cı il baş vermiş Bəni-müstəliq savaşından sonra Mədinəyə qayıdarkən 
mühacirlərdən biri ənsardan olan başqa bir nəfərlə su üstündə dalaşdı. Onlardan hər biri o 
birinə qalib gəlmək üçün dostlarından kömək istədi. Münafiqlərin başçısı olan Abdullah 
ibn Ubəyy ənsardan olan şəxsə köməyə tələsib dedi: “Biz muhacirləri məskən və 
dolanışıq verdik, onlar isə bizə qarşı çıxırlar. Əgər Mədinəyə qayıtsaq, qüvvəlilər zəifləri 
şəhərdən xaric edəcək.” Zeyd ibn Ərqəm adlı gənc bu əhvalatı Peyğəmbərə (s) xəbər 
verdi. Həzrət Peyğəmbər Abdullah ibn Übəyi yanına çığırıb dediyi sözlər barədə soruşdu. 
Amma Abdullah dediyi sözləri inkar etdi. Ənsar etiraz etdi ki, nə üçün Peyğəmbər (s) bir 
gəncin sözü əsasında bizim başçımızı məzəmmət edir. Həzrət Peyğəmbər (s) dava-dalaşın 
qarşısını almaq üçün istirahət fikrindən daşınıb hərəkət əmri verdi. Mədinəyə qayıtdıqdan 
sonra Abdullah ibn Übəyin mömin oğlu onun qarşısını kəsib dedi: “Yoxsa özünü qüvvəli 
bilib Peyğəmbəri (s) Mədinədən çıxarmaq istəyirsən? Bu işə yol vermərəm.” Gənc oğul 
atasının qarşısını kəsib onu Mədinəyə buraxmadı. Bu məsələ barədə Peyğəmbərə (s) 
xəbər verdilər. Həzrət Abdullahın Mədinəyə daxil olmasına icazə verdi. Belə ki, özünü 
qüvvəli sayan insan zəlil vəziyyətdə şəhərə daxil oldu. Abdullah ömrünün sonunadək 
1
“Şərhi-Nəhcül-bəlağə”, c. 11, s. 44 


31 
xəcalətindən bayıra çıxmadı. Nə vaxt ona təklif olunurdusa ki, Peyğəmbərdən (s) üzür 
istəsin boyun qaçırırdı. 
◘İmam Sadiq (ə) buyurur: “Allah cəmiyyətin idarəçiliyini müsəlmanlara tapşırsa da, 
onlara özlərini alçaltmaq icazəsi vermir.
1
◘Hədisdə oxuyuruq: İmam Sadiqdən (ə) soruşdular ki, mömin özünü necə zəlil edə 
bilər? İmam buyurdu: “Möminin gücü çatmayan və vəzifəsi olmayan işə baş qoşması onu 
zəlil edir.”
2
◘”Və lillahil izzə” ifadəsində “Əllah” adının öncə gəlməsindən məlum olur ki
həqiqi izzət, qüvvət yalnız Allaha məxsusdur. 
◘Allahın izzəti sonradan qazanılma yox, zatidir. Peyğəmbərin (s) izzəti isə Allahın 
ona xüsusi lütfüdür. Allah möminlərə sonda qələbə vəd etdiyindən onları da izzətli 
etmişdir.
3

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin