Məkkənin fəthi hadisəsinə bir baxış Hüdəybiyyə sülhündən sonra müşriklər sülh müqaviləsini pozduqlarından
Peyğəmbər (s) qüvvə toplayıb Məkkəni fəth etdi. Müsəlmanlar Məkkənin bir neçə
kilometrliyində düşərgə saldılar. Əbu Süfyan vəziyyəti öyrənmək üçün şəhərdən çıxdı. O
Peyğəmbərin (s) əmisi ilə görüşdü. Peyğəmbərin (s) əmisi Abbas dedi: “Peyğəmbər 10
min döyüşçü ilə sizin sorağınıza gəlib.” Əbu Süfyan qorxdu və Abbasdan kömək istədi.
Peyğəmbər (s) Abbasın xahişini qəbul etdi. O buyurdu: “Hər kəs məscidül-hərama
sığınsa, Əbu Süfyanın evinə və ya öz evinə daxil olsa amandadır.”
Həzrət Peyğəmbər (s) əmisi Abbasa buyurdu: “Əbu Süfyanı Məkkə yoluna çıxar,
Allah qoşununa tamaşa etsin. Əbu-Süfyan müsəlmanların hərbi təlimlərini görüb dəhşətə
gəldi. O Abbasa dedi: “Qardaşın oğlunun səltənəti çox əzəmətlidir.” Abbas dedi: “Bu
səltənət deyil, peyğəmbərlikdir. Sonra Abbas dedi: “Get Məkkə camaatının yanına, onları
İslam qoşununun qarşısına çıxmaqdan çəkindir.”
Əbu Süfyan məscidül-hərama daxil oldu və camaata üz tutub dedi: “Məhəmməd (s)
böyük bir cəmiyyətlə Məkkəyə daxil olur. Sizdə onunla qarşılaşmaq gücü yoxdur. Ya
Məscidül-Hərama, ya da evinizə pənah aparın. İslamı qəbul edin ki, salamat qalasınız.”
Həzrət Peyğəmbər (s) Məkkəyə daxil oldu. Məkkədən məxviyanə çıxdığı günü
xatırlayıb Allaha şükr olaraq səcdə etdi. Sonra “Fəth” surəsini oxuyub, Məscidül-Hərama
daxil oldu. Müsəlmanlar onunla birlikdə təkbir deyirdilər. Peyğəmbər Kəbəyə yaxınlaşdı
və bütləri sındırdı. Onun əli Kəbə üzərindəki böyük bütlərə çatmadığından Əliyə (ə)
göstəriş verdi ki, ayağını Peyğəmbərin (s) çiyninə qoyub yuxarıdakı bütləri aşırsın. Sonra
Kəbə halqasından tutdu və Məkkə əhlindən soruşdu: “Bu gün məndən nə gözləyirsiniz?”
Hamı bir ağızdan “əfv” söylədi. Həzrətin (s) gözündə yaş göründü. Ətrafdakılar
ağlamağa başladılar. Həzrət Peyğəmbər (s) Yusifin qardaşlarına buyuruğunu xatırladı.
4
Həzrət buyurdu: “Hamı azaddır.” Sonra “La ilahə illəllah ...” deyərək əlavə etdi: “Kimsə
1
“Muhəmməd”, 7
2
“Nisa”, 17
3
“Ali-İmran”, 126
4
“Yusuf”, 92
319
keçmişdə axıdılmış qanlardan, qarət olunmuş mallardan danışmasın. Keçmişdə baş
verənlər keçmişdə qaldı. Hamı əfv edildi. Gedin yeni həyata başlayın!”