Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə313/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   309   310   311   312   313   314   315   316   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Allaha Onun zatı, sifətləri, felləri baxımından heç bir oxşar yoxdur. 
2. Allah oxşarsızdır. Beləcə, varlıq aləmində kimsə ona şərik qoşula bilməz. 
1
“Təfsiri-novin” 
2
“Nəhayəte İbn Əsir” 
3
“Cinn”, 3 


327 
“FƏLƏQ” SURƏSİ 
 
(113-CÜ SURƏ; 5 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“FƏLƏQ” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 5 ayədən ibarətdir. Surənin adı onun 1-ci surəsindən 
götürülmüşdür. “Fələq” dedikdə yarılma mənası nəzərdə tutulur. 
Bütün şərlərdən Allahın pak zatına pənah aparılması surənin əsas məzmununu təşkil 
edir. 
Həzrət Peyğəmbər (s) buyurur: “Mənə bu vaxtadək nazil olmamış ayələr nazil 
olmuşdur. Onlar “Fələq” və “Nas” surələridir.” 
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
 
Ayə 1, 2, 3, 4, 5: 
 َو﴿﴾َقَلَخ اَم ِ رَش نِم﴿﴾ِقَلَفْلا ِ بَرِب ُذوُعَأ ْلُق﴿
ِ رَش نِم َو﴿﴾ َبَق َو اَذِإ ٍقِساَغ ِ رَش نِم
﴾َدَسَح اَذِإ ٍدِساَح ِ رَش نِم َو﴿﴾ِدَقُعْلا يِف ِتاَثا ف نلا
 
“De ki, pənah aparıram sübh ağartısının Rəbbinə; yaratdıqlarının şərindən; 
hər yeri bürüməkdə olan gecənin qaranlığı şərindən; düyünlərə üfürən 
ovsunçuların şərindən; həsəd apardıqları vaxt həsədçilərin şərindən.” 
 
Nöqtələr 
 
◘“Fələq” sözü də “fəcr” sözü kimi yarılma mənasını bildirir. Bu söz gecə 
qaranlığının yarılması və sübh ağartısının görünməsinə işarədir.
1
◘“Ğasiq” dedikdə gecənin başlanğıcı nəzərdə tutulur.
2
Olsun ki, “ğasiq” dedikdə 
qaranlıq gətirən bütün mövcudlar nəzərdə tutulur. Mənəvi zülmətə səbəb olanlar da bu 
qəbildəndir. 
◘Şər insanlar öz planlarını həyata keçirmək üçün gecənin qaranlığından istifadə edir. 
Bu səbəbdən də gecənin şərindən Allaha pənah aparılır. 
◘“Nəffasat” sözü “nəfs” sözündəndir. Bu söz üfürmək mənasını bildirir. “Uqəd” 
sözü düyün mənasını bildirən “əqd” sözünün cəm formasıdır. 
◘Bütün şeylərdə şər ehtimalı var. Hətta elm və ehsan, şücaət və ibadət kimi müsbət 
şeylərdən bəla gözlənilir. Elmin bəlası təkəbbür, ehsanın bəlası minnət, ibadətin bəlası 
riya, şücaətin bəlası zülm-sitəmdir. 
1
“Ənam”, 96 
2
“İsra”, 78 


328 
◘Gözlənilən zərərlə bağlı üç nöqtə qeyd etmək olar: hücum hazırlığı, hücum üçün 
münasib fürsət, zəif nöqtələr. Bəli, düşmən hücuma hazırlaşır, qaranlıqdan və zəif 
nöqtələrdən istifadə edir. 
◘Mənfi təbliğat, şayiələr, qarşı tərəfi səbatdan salmaq üçündür. Necə ki, bəziləri 
vəsvəsələr və şəkk-şübhə yaratmaqla ərlə arvad arasına fitnə salır.
1
◘Allah hər şeyi xeyirli yaratsa da, düzgün yolda istifadə edilməyən şey şər gətirir. 
Dəmir xeyirdir. Amma bıçaq bıçaqdan sui-istifadə edildikdə şər törəyir. 
◘“Min şərri ma xələq” dedikdə yaranmışlar tərəfindən şərr nəzərdə tutulur. 
◘Təhlükələrdən Allaha sığınmaq təkcə sözlə hasil olmur. Bu istiqamətdə addım 
atmaq lazımdır. Peyğəmbər (s) əhli-beyti miskini, yetimi və əsiri doyurarkən deyirdilər: 
“Biz qiyamət günündən qorxuruq.”
2
Quran buyurur: “Allah da onları həmin günün 
şərindən xilas etdi.”
3
◘Bir şəxs öz zahiri çirkinliyindən Peyğəmbərə (s) şikayətləndi. Cəbrail nazil oldu və 
həmin şəxsə Allahın salamını çatdırıb dedi: “Allah buyurur ki, qiyamət günü Cəbrail kimi 
gözəl olmaq istəyirsənmi?” Həmin şəxs sevindi və qərara gəldi ki, bütün vacib və 
müstəhəb ibadətləri yerinə yetirsin.”
4
◘Mütləq bir şər yoxdur. Allah belə bir şər yaratmayıb. Şər gətirən istənilən bir işin 
xeyir tərəfi var. Necə ki, Mövlanə deyir: 
İlan zəhərində tapılır xeyir, 
Amma bəzən insandan zərər gəlir. 
Demək, nisbi olur dünyada pislik, 
Nəyəsə pis söyləmə birdəfəlik. 
 
◘Bəzi çətinlikləri şər saymaq olmaz. Bu çətinliklər təkamül səbəbidir. Mövləvi 
deyir: 
Torpağa sancdılar buğda dənini, 
Bircə dəndən götürdülər minini. 
Sonra dəyirmanda çəkdilər onu, 
Bişirdilər, dəyişdilər adını. 
 
Yenidən əzdilər dişləri ilə, 
Bir güc gəldi həm bədənə, həm əqlə. 
O can böyük eşqə qurban gedən dəm 
Yenə oldu hər şey torpağa həmdəm. 
 
◘Quranda tövsiyə olunur ki, insan öz zövcəsi ilə yaxşı rəftar etsin. Xoşlamadığınız 
kəsdə də lütflər ola bilər. Bəzən qadın gözəl olmasa da böyük övladlar tərbiyə edir. 
◘Bir çox çətinliklər insanların istedadlarını çiçəkləndirir. Çətinlik insanda səbr və 
müqavimət yaradır, onun qəlbini yumşaldır.
5
1
“Bəqərə”, 102 
2
“İnsan”, 10 
3
“İnsan”, 11 
4
“Bihar”, c. 22, s. 140 
5
“Əraf”, 94 


329 
◘Gecə ilahi insanlar üçün ibadət məqamıdır. Namərdlər isə gecədən fitnə-fəsad üçün 
istifadə edir. 
◘Dostluq rabitələrini qıran sözlərdən Allaha pənah aparmaq lazımdır. 
◘İnsanın Allaha pənah aparması Allahın ona sığınacaq verməsindən asılıdır. Əks 
təqdirdə pənah aparmaq faydasızdır. 
◘Bütün şərlər arasından üç şərin adı bu surədə qeyd olunur: gizlində və qaranlıqda 
şər; çirkin dillərin şəri; həsəd və rəqabət şəri. 
◘Bəzi qadınlar öz gözəllikləri və şirin dilləri ilə kişiləri öz qərarından daşındıra bilər. 
Bu halda onlar “nəffasat” nümunəsi olur. 
◘“Nəffasat” nümunələrindən biri də sehr-cadudur. Bu işi öyrənmək və əməl etmək 
haramdır. 
◘“Min şərri ma xələq” dedikdə bütün şərlər nəzərdə tutulur. Amma xüsusi 
əhəmiyyət daşıdığından üç şər ayrıca qeyd edilir. 
◘Bütün hallarda Allaha sığınmaq zəruridir. Hətta Quran oxuyanda Allahın şərindən 
Allaha sığın! 
◘“Fələq” surəsində ilahi bir sifətə işarə olunur. Bu Allahın “Rəbb” sifətidir. “Nas” 
surəsində isə əksinədir. Bir təhlükə müqabilində Allahın üç sifətinə pənah aparılır. Bu 
sifətlər Allahın Rəbb, Məlik və İləh sifətləridir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin