Nur təFSİRİ


Ayə 5:  ﴾ٌمیِلَأ ٌباَذَع ْمُهَل َو ْمِه ِرْمَأ َلاَب َو ْاوُقاَذَف ُلْبَق نِم ْاوُرَفَك َنیِذ لٱ ْا ُوَبَن ْمُكِتْأََی ْمَلَأ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə32/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   28   29   30   31   32   33   34   35   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 5: 
﴾ٌمیِلَأ ٌباَذَع ْمُهَل َو ْمِه ِرْمَأ َلاَب َو ْاوُقاَذَف ُلْبَق نِم ْاوُرَفَك َنیِذ لٱ ْا ُوَبَن ْمُكِتْأََی ْمَلَأ
 
“Bundan öncə küfr edənlərin xəbəri sizə çatmadımı? Onlar öz əməllərinin 
cəzasını (dünyada) daddılar, onlar üçün (axirətdə) ağrılı əzab var.” 
 
Nöqtələr 
 
◘”Vəbal” dedikdə ağırlıq nəzərdə tutulur. Mədəyə ağırlıq edən qida “vəbil”, ağır 
yağış “vabəl” adlanır. İnsanın zərərinə olan istənilən bir ağır iş “vəbal” kimi təqdim 
edilir. Bu söz Quranda dörd ayədə işlədilmişdir.
1
Hər dörd halda dünya problemləri və 
çətinlikləri nəzərdə tutulmuşdur. 
◘Allah təkcə qiyamətdə cəzalandırmır. Bəzən insan öz əməllərinə görə həm 
dünyada, həm də axirətdə əziyyət çəkir. Məsələn, Nuh qövmü suda qərq oldu, Hud 
qövmü iti küləklərlə məhv edildi, Saleh qövmü səmadan enən səs vasitəsi ilə həlak oldu, 
Lut qövmünün başına daş, fil əshabının başına qaynar çınqıllar yağdı. Bu qövmlər elə 
dünya həyatında öz əməllərinin cəzasını daddılar. 
Bildirişlər 
 
1. Peyğəmbər (s) dövrünün insanları keçmiş qövmlərin talehindən xəbərdar idilər. 
2. Keçmiş qövmlərin tarixini öyrənmək İslamın tövsiyəsidir. Tarixdən ibrət 
götürməyən insan məzəmmətə layiqdir. 
3. Tarixdən xəbərdarlıq dedikdə hər hansı xırdalıqlar yox, mühüm nöqtələr nəzərdə 
tutulur. 
4. Allah həlim olsa da, insanların bəzi əməlləri dərhal cəzaya səbəb olur. 
5. Bədbəxtçiliklərin səbəbi insanların öz rəftarıdır. 
6. Dünya həyatındakı cəza axirət həyatındakı kamil cəza ilə müqayisədə cüzidir. 
Ayə 6: 
اَقَف ِتاَنِ یَبْلاِب مُهُلُسُر ْمِهیِتْأَ ت تَناَك ُه نَأَِب َكِلَذ﴿
 ْاوُل
 
 َت َو ْاوُرَفَكَف اَنَنوُدْهَی ٌرَشَبَأ
 ْاو ل َو
﴾ٌدی ِمَح ٌّيِنَغ ُ لِلّٱ َو ُ لِلّٱ ىَنْغَتْسٱ و
 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin