Bildirişlər 1. Kafirlərin heç bir dəlili olmasa da öz, təxəyyülləri əsasında danışır və gurultulu
şüua deyirlər.
2. Təlim-tərbiyə prosesində qarşı tərəfin sözlərinə planlı şəkildə cavab verilməlidir.
3. Etiqadi məsələlərdə şəkk-şübhəni aradan qaldırmaq üçün Allahın adına and içmək
olar.
4. Şübhələri təkidlə cavablandırın.
5. Mükafat və cəza qiyamətin dəlilləridir.
6. Kafirlərin inkar və təkəbbürlərinin kökü onların ölümdən sonrakı həyatı
mümkünsüz saymasıdır. Bu səbəbdən də Quran buyurur ki, sizə çətin görünən işlər Allah
üçün asandır.
Ayə 8: ٱ َو اَنْلَزنَأ يِذ لٱ ِروُّنلٱ َو ِهِلوُسَر َو ِ لِلّاِب ْاوُنِمآَف﴿ ُﷲ ﴾ٌریِبَخ َنوُلَمْعَت اَمِب “Allaha, Onun rəsuluna, nazil etdiyimiz nura (səmavi kitaba) iman gətirin və (bilin ki) Allah gördüyünüz işlərdən agahdır.” Nöqtələr ◘Hazırkı ayədə nur dedikdə Qurani-kərim nəzərdə tutulur. “İbrahim” surəsinin
başlanğıcında buyurulur ki, insanları zülmətlərdən çıxarıb, nura aparasan deyə sənə kitab
göndərdik.
◘Ötən ayələrdə küfrdən, Allah və Onun rəsuluna, eləcə də məada etiqadsızlıqdan
danışıldı. Bu qəbil münasibətlərə görə keçmiş ümmətlər əzaba düçar oldu. Bu ayədə
buyurulur ki, siz keçmişdəkilərin yolunu getməyin, iman gətirin.
◘Rəvayətdə bildirilir: Nur dedikdə məsum imamlar nəzərdə tutulur. Çünki onlar
Quranın təcəssümü, danışan ayələrdir. İmam Baqir (ə) buyurur: “İman əhlinin qəlbini
nurlandıran onlardır.”
5
1
“Təfsiri-nurus-səqəleyn”
2
“Səba”, 3; “Yunis”, 53
3
“Rum”, 27
4
“Əraf”, 29
5
“Təfsiri-nurus-səqəleyn”
41
Bildirişlər 1. Əhatəli iman dəyərlidir. İnsan həm Allaha, həm peyğəmbərə, həm də səmavi
kitaba inanmalıdır.
2. Allah nurdur.
1
Allah tərəfindən nazil edilən də nurdur.
3. İman əməllə müşayiət olunmalıdır.