Bildirişlər 1. Ailə-övladın haqsız istəklərinə müqavimət göstərilməsi gerçək iman şərtidir. Bu
müqavimət düşmənçiliklə qarşılansa belə zəruridir.
2. Haqq yola mane olmayan ailə-övladlar da var.
3. İnsan ehtiyatlı olmalı, azğın ailə-övlada aldanmamalıdır.
4. Ailə-övladın yersiz istəklərinə təslim olmayın, amma onlara münasibətdə əfv,
güzəşt, bəxşiş yolunu tutun.
5. Son nöqtəyədək xətaları açıb-ağartmayaın. Bağışlayın, məzəmmət etməyin, pisliyi
hətta özünüz də yadınızdan çıxarın.
6. Ailə həyatında vəzifə və istəklər arasında tarazlıq yaratmaq lazımdır. Ailə
məhəbbətinə görə hicrət və cihad kimi vəzifələr tərk olunmamalı, eyni zamanda vəzifənin
icrasına xatir ailəyə diqqətsizlik göstərilməməlidir.
7. Bilin ki, sizin əfv və bəxşişiniz Allahın əfv və bəxşişi ilə müşayiət olunasıdır.
8. Allahın bəxşişi Onun xüsusi rəhmət və lütfü ilə müşayiət olunur. Əgər siz
başqalarını bağışlasanız, Allah da sizi bağışlayar və lütfündən bəhrələndirər.
Ayə 15: ﴿ ٱ َو ٌةَنْتِف ْمُكُد َلً ْوَأ َو ْمُكُلا َوْمَأ آَم نِإ ُﷲ ﴾ٌمیِظَع ٌرْجَأ ُهَدنِع “Həqiqətən, sizin malınız və övladınız sınaq vasitəsidir. Böyük mükafat isə Allahın yanındadır. (Allah sınaqdan çıxanı mükafatlandırır)” Nöqtələr ◘”Ənfal” surəsinin 28-ci ayəsi də bu surənin oxşarıdır.
◘”Fitnə” dedikdə həm insan üçün sınaq olan problemlər, həm də düşmənin fitnə-
fəsadı nəzərdə tutulur. Quranda düşmənin fitnə-fəsadlarının qarşısını almaq tapşırılır.
Buyurulur ki, fəsaddan əl çəkənədək onlarla vuruşun.
1
Maraqlıdır ki, insan üçün sınaq
vasitəsi olan mal və övlad həm də dünya zinətidir.
2
◘Həzrət Əli (ə) buyurur: “Fitnələr qaçılmazdır və onlardan Allaha pənah aparmayın.
Allaha pənah aparın ki fitnələr sizi azdırmasın.” Sonra həzrət hazırkı ayəni oxuyur.
3
◘Əgər var-dövlətin sınaq vasitəsi və fitnə olduğunu bilsək onun azlığından narahat
olmarıq. Hamı asan imtahan istəyir.
◘Var-dövlət sınaq vasitəsidir. Halal yolla qazanmaq, halal yolda sərf etmək, vacib
haqları ödəmək, şükr etmək lazımdır.
◘Övlad sınaq vasitəsdir. Bu səbəbdən də insan həyat yoldaşı seçiminə, mehriyyənin
ödənişinə, övladın qidalanmasına, onun təlim-tərbiyəsinə, izdivacına, peşə seçiminə,
müxtəlif meyllərinə diqqətli olmalıdır. Bütün bu mərhələlər imtahandır. Əgər valideyn öz
vəzifəsini düzgün yerinə yetirsə, bu sınaqdan uğurla çıxsa, övladın bütün xeyir işlərinə
şərikdir.
◘Həyat yoldaşı və övlad insana düşmən olmaya da bilər. Amma onlar istisnasız
olaraq sınaq vasitəsidirlər.
1
“Bəqərə”, 193
2
“Kəhf”, 46
3
“Nəhcül-bəlağə”, hikmət 93