Bildirişlər 1. Ər hətta boşanmadan sonra qadına məskən verməlidir.
2. Boşanmış qadın əri ilə bir məkanda yerləşdirilməlidir.
3. Kişi qənaət, intiqam, təhqir məqsədi ilə qadına qeyri-münasib yer verə bilməz.
4. Məskən seçimində qadının asayiş və aramlığı nəzərə alınmalıdır.
5. Məskən seçimində qadının istəyi yox, kişinin imkanları meyardır.
6. Kişi boşadığı qadınına heç bir zərər toxundura bilməz.
7. Kişinin ixtiyarı yoxdur ki, boşadığı qadını sıxıntıya salsın.
8. Hamilə qadın boşanarsa da, onun xərci ödənməlidir.
9. Boşanmış qadın övladına verdiyi süd müqabilində ərindən əvəz tələb edə bilər.
10. Qadın əvəz alsa belə onun südü dayənin südündən üstündür. Boşanmış qadın
övlada süd verməkdən imtina da edə bilər.
11. Ərlə arvadın məsləhətləşməsi o qədər mühümdür ki, hətta boşandıqları vaxt bu iş
tövsiyə olunur.
12. Bütün ailə məsələlərində ictimai rəy və ağıl meyar sayılır.
13. Nəticə alınmasa belə məsləhətləşmək lazımdır.
14. Bir araya gəlməyən ərlə arvad körpənin haqlarını tapdamamalıdır.
15. Ana südünün imtiyazları var. Yalnız çıxılmaz vəziyyətdə başqa yola əl atıla
bilər.
16. Qadın süd haqqını elə bir səviyyəyə qaldırmamalıdır ki, kişi üçün çətinlik
yaransın. Qadın həddən artıq haqq təyin edərsə, kişi dayə tuta bilər.
17. Ailədə qərar çıxarılarkən körpənin haqları nəzərə alınmalıdır: bətndəki körpənin
haqqı ata tərəfindən ödənməlidir; anadan olduqdan sonra anası ona süd verməlidir; ata
ananın verdiyi südün haqqını ödəməlidir.
Ayə 7: مِم ْقِفنُیْلَف ُهُق ْز ِر ِهْیَلَع َرِدُق نَم َو ِهِتَعَس نِ م ٍةَعَس وُذ ْقِفنُیِل﴿ َكُی َلً ُ لِلّٱ ُهاَتاَء آ ُ لِلّٱ ُفِ ل ﴾ا ارْسُی ٍرْسُع َدْعَب ُ لِلّٱ ُلَعْجَیَس اَهاَتاَء آَم لًِإ ااسْفَن