60
“(Həmin xatırlatma vasitəsi) Allahın aydınladan ayələrini sizin üçün tilavət
edən bir peyğəmbərdir. Belə ki, iman gətirib saleh işlər görənləri zülmətlərdən nura
çıxarsın. Allaha iman gətirib, saleh işlər görən kəsləri Allah altından çaylar axan
behiştlərə daxil edər. Orada əbədidirlər. Həqiqətən, Allah onlara gözəl ruzi
vermişdir.”
Nöqtələr
◘Hidayət bir neçə amildən asılıdır: hidayət edən, hidayət olunan, hidayət vasitəsi,
hidayətin məqsədi, hidayətin qəbulu müqabilində mükafat.
◘”Zikr” dedikdə həm Quran, həm də Peyğəmbər (s) nəzərdə tutulur.
1
İmam Baqir (ə)
və imam Sadiq (ə) belə buyurmuşlar: “Bu ayədə zikr deyilərkən Allahın Rəsulu (s)
nəzərdə tutulmuşdur.”
2
◘İslam peyğəmbərinin (s) zövcəsi Ayişə onun haqqında belə deyir: “Peyğəmbərin
karakteri bir parça Quran idi.”
3
Bildirişlər
1. İnsan elə bir məqama çata bilər ki, vücudu başdan-başa Allah zikri olur.
2. Məktəb təklikdə bəs etmir, rəhbərə də ehtiyac var.
3. İnsanların zülmətlərdən nura çıxarılması üçün ən yaxşı yol ilahi ayələrin bəyanı,
qarşı tərəfə çatdırılmasıdır.
4. Dəvət aydın və şəffaf olmalıdır. “Mubin” sözü Quranda 100 dəfədən çox
işlədilmişdir.
4
5. Şirk və küfrün müxtəlif yolları var. Haqq yol isə birdir.
6. Peyğəmbərlərin məqsədi bəşəriyyətin qurtuluşudur.
7. İnsanların zülmətlərdən çıxarılması əslində Allahın işidir.
5
Amma bu iş
peyğəmbərlər vasitəsi ilə həyata keçir.
8. Peyğəmbərlərin məqsədi insanları zülmətlərdən nura çıxarmaq olsa da, bu məqsəd
yalnız möminlərə münasibətdə gerçəkləşir.
6
9. İnsan hətta iman və saleh əməldən sonra zülmətdə qalır və bu istiqamətdə yardıma
möhtacdır.
10. İman və əməl daim yanaşıdır.
11. Təşviq və xəbərdarlıq orta həddə olmalıdır.
Dostları ilə paylaş: