Nur təFSİRİ


Ayə 4:   ِج َو ُه َلً ْوَم َوُه َ لِلّٱ نِإَف ِهْیَلَع اَرَهاَظَت نِإ َو اَمُكُبوُلُق ْتَغَص ْدَقَف ِ لِلّٱ ىَلِإ آَبوُتَت نِإ﴿



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə59/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   55   56   57   58   59   60   61   62   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 4: 
 ِج َو ُه َلً ْوَم َوُه َ لِلّٱ نِإَف ِهْیَلَع اَرَهاَظَت نِإ َو اَمُكُبوُلُق ْتَغَص ْدَقَف ِ لِلّٱ ىَلِإ آَبوُتَت نِإ﴿
 ُلی ِرْب
﴾ٌریِهَظ َكِلَذ َدْعَب ُةَكِئ َلاَمْلٱ َو َنیِنِمْؤُمْلٱ ُحِلاَص َو
 
“Əgər siz iki nəfər (sirri açan və onu eşidən) Allah qarşısında tövbə etsəniz (öz 
xeyrinizədir). Çünki qəlbləriniz azmışdır. Peyğəmbər qarşısında əl-ələ versəniz də 
(faydası yoxdur). Çünki Allah onun hamisidir. Cəbrəil, saleh möminlər, onlardan 
əlavə bütün mələklər onu himayə edir.” 
 
Nöqtələr 
 
◘”Səğət” sözü “səğv” sözündən olub yoldan çıxmağa meyl mənasını bildirir. “Əsğa” 
dedikdə meyllə dinləmək mənası anlaşılır. 
◘Şiə və sünni təfsirçilərinin yekdil rəyinə əsasən, bu iki qadın Həfsə və Ayişədir. 
Birinci Peyğəmbərin (s) sirrini açmış, ikincisi isə dinləmişdir. 
◘”Salihul, muminin” təbirinin Əli ibn Əbu-Talibə (ə) işarə olması 52-dən çox şiə və 
sünnü hədislərində təsdiqlənir. Uyğun rəvayətlərə əsasən, Əli ibn Əbu-Talib (ə) Cəbrail 
və digər mələklər arasındadır. Peyğəmbər (s) Əlini (ə) bu məqamla müjdələmişdir.
1
Bildirişlər 
 
1. Bir xəta iş səbəbindən bütün görülən işləri şübhə altına almaq olmaz. (Hamı yox, 
həmin iki nəfər tövbə etməlidir) 
2. Peşiman olanlar üçün tövbə yolu var. Əlbəttə ki, bütün günahlara görə tövbə 
qılınmalıdır. 
3. Sirri dinləmək də qadağandır. Allah həm danışana, həm də dinləyənə tövbə 
qılmağı əmr edir. 
4. Allah həm Peyğəmbərin (s), həm də başqalarının mövlasıdır. 
5. Üstünlərin üstünlüyünü qoruyun. Cəbrail özü mələk olsa da, adı ayrıca qeyd edilir. 
6. Bəzən kiçik bir hadisə və ya qığılcım böyük əhəmiyyət kəsb edir. Allah bir sirrin 
açılmasını ciddi fitnə kimi qeyd edir. 
7. İnsanın həyat yoldaşı və ya yol yoldaşı olması onun həm fikirliyini göstərmir. 
8. Tövbə dedikdə təkcə dildə peşimançılıq yox, qəlbdə inqilab nəzərdə tutulur. 
1
“Təfsiri-kənzul-dəqaiq” 


65 
9. Əməldə azmaqdan da pisi ruh və qəlbin azmasıdır. Şübhəsiz, öncə düşüncə və 
qəlb çaşır, sonra insan günah addım atır. 
10. Heç bir səbəb olmadan sirri açanlar tövbə etməsələr müqəssirdirlər. 
11. Peyğəmbər və əqidə məktəbinə qarşı fitnələr müqabilində səfərbər olmaq 
lazımdır. 
12. Həqiqət heç vaxt tənha deyil. 
13. Salehlik insanı Allaha yaxın mələklərə qovuşdurur. 
14. Mələklər çətin məqamlarda peyğəmbərin yardımçısıdırlar. 
15. İlahi yardımlar əhatəli, aşkar və qeybidir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin