Nur təFSİRİ


Ayə 6:  اَهْیَلَع ُة َراَج ِحْلٱ َو ُسا نلٱ اَهُدوُق َو ااراَن ْمُكیِلْهَأ َو ْمُكَسُفنَأ ْاوُق ْاوُنَماَء َنیِذ لٱ اَهُّیَأ آَی﴿



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə61/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   57   58   59   60   61   62   63   64   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 6: 
اَهْیَلَع ُة َراَج ِحْلٱ َو ُسا نلٱ اَهُدوُق َو ااراَن ْمُكیِلْهَأ َو ْمُكَسُفنَأ ْاوُق ْاوُنَماَء َنیِذ لٱ اَهُّیَأ آَی﴿
 
﴾ َنوُرَمْؤُی اَم َنوُلَعْفَی َو ْمُهَرَمَأ آَم َ لِلّٱ َنوُصْعَی َلً ٌداَدِش ٌظ َلاِغ ٌةَكِئ َلاَم
 
“Ey iman gətirənlər! Özünüzü və ailənizi çır-çırpısı (günahkar) insanlar və 
daşlar olan oddan qoruyun. Elə bir od ki, ona sərt xasiyyətli mələklər nəzarətçidir. 
Onlar Allahın əmrinə qarşı çıxmır, əmr olunanı yerinə yetirirlər.” 
 
Nöqtələr 
 
◘”Vəqud” dedikdə alovlanan maddə nəzərdə tutulur. Neft, daş kömür buna misal ola 
bilər. Bu səbəbdən də bəzi təfsirçilər “əl hicarə” sözünün daş kömürə işarə olduğunu 
bildirirlər. Hədisdə oxuyuruq ki, alovlanan daş kibrit və kükürddür.
1
◘Rəvayətlərdə bildirilir ki, bir gənc bu ayəni eşidib səcdəyə düşdü. Peyğəmbər (s) 
onu behiştlə müjdələdi və buyurdu: “Behişt mənim məqamımdan çəkinən və əzab 
vədlərimdən qorxanlara məxsusdur.”
2
◘Rəvayətdə bildirilir ki, yaxın insanları cəhənnəm odundan qorumaq üçün onları 
yaxşılığa çağırmaq, pislikdən çəkindirmək lazımdır. Əgər qəbul etsələr oddan qurtularlar, 
qəbul etməsələr vəzifəmizə əməl etmiş oluruq.
3
◘Rəvayətdə ailəsinə xəbərdarlıq edən, onları namaza, oruca, zəkata, yoxsullara, 
yetimlərə, qonşulara diqqətli olmağa çağıran insana rəhmət istənilir.
4
◘Olsun ki, “vəquduhənnas” dedikdə əməllərin qiyamətdə təcəssümü nəzərdə 
tutulmuşdur. Bəli, insanın dünyadakı çirkin əməlləri həmin gün üzə çıxasıdır. 
İnsanın ailə qarşısında məsuliyyəti 
 
Quranın müxtəlif ayələrində insanın ailə qarşısındakı məsuliyyətlərinə işarə olunur: 
insana ailəsini oddan qurtarmaq tövsiyə edilir
5
; ailəni namaza çağırmaq tapşırılır
6

yaxınlara xəbərdarlıq etmək əmr edilir
7
; övladı namaz və əmr be mərufa dəvət etmək 
tövsiyə edilir
8
; Peyğəmbərə (s) öz qadın və qızlarına və mömin qadınlara xəbərdar etməsi 
tapşırılır
9
; qiyamətdə üzüqara insanlar ailələri ilə birlikdə ziyankar sayılır
10
; ilahi 
1
“Bihar”, c. 17, s. 364 
2
“İbrahim”, 14 
3
“Təfsiri-nurus-səqəleyn” 
4
“Təfsiri-Məraği” 
5
“Təhrim”, 6 
6
“Taha”, 132; 
7
“Şuəra”, 214 
8
“Loğman”, 17 
9
“Əhzab”, 59 
10
“Zumər”, 15 


67 
insanların ailələrinin talehi ilə bağlı narahat olduqları bildirilir
1
; Peyğəmbərin (s) daim öz 
ailəsini namaza çağırdığı qeyd edilir
2

Rəvayətlərdə də bu mövzuya lazımınca diqqət yetirilmişdir. Əli-ibn Əbu-Talib (ə) 
buyurur: “Özünüzə və ailənizə xeyir öyrədin, onları ədəbləndirin.”
3
Həzrət Peyğəmbər (s) buyurur: “Hamınız əlinizin altında olanlar üçün məsuliyyət 
daşıyırsınız. Kişi ailənin, zövcəsinin və övladlarının məsuludur. Həzrət (s) buyurur: 
“Övladınız 7 yaşına çatanda onlara namaz göstərişi verin. 9 yaşları olanda hətta tənbeh 
həddinədək ciddi olun. 10 yaşında övladlarınızın yatağını ayırın.”
4
◘”Muddəssir” surəsində 19 cəhənnəm mələyi olduğu bildirilir.
5
Olsun ki, ayədəki 
“rivazun şidad” ifadəsi həmin 19 mələyə aiddir. 
◘Olsun ki, Allahın əmrləri dedikdə cəhənnəm əhlinin tutulması, bağlanması, oda 
atılması nəzərdə tutulur. Başqa ayələrdə də oxşar təbirlər var.
6
Mələklər arasında da dərəcələr var. Ayədə üstün mələklərin özlərindən aşağı 
mələklərə əmri və onların nə üçün-niyəsiz itaəti nəzərdə tutula bilər.
7
◘Həm özünüzü qoruyun, həm də Allahın sizi qorumasını diləyin.
8

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin