Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə66/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   62   63   64   65   66   67   68   69   ...   317
NUR-TƏFSİRİ-12

Nöqtələr 
 
◘Kafirlər və münafiqlər hər ikisi cəhənnəmdə olsalar da, münafiqlər daha çox 
təhlükə törətdiklərindən onların cəhənnəmdəki yeri kafirlərdən pisdir.
2
◘Kafirlər və münafiqlərlə cihad Allahın əmridir. Amma necə cihad aparmağı 
Peyğəmbər (s) və onun həqiqi canişinləri bildirir. Əgər Peyğəmbər (s) öz dövründə 
münafiqlərlə vuruşa qalxmadısa, Əli ibn Əbu-Talib (ə) münafiqlərin hücumlarına cavab 
verdi. 
Bildirişlər 
 
1. Savaş və cihad ilahi rəhbərin nəzarəti altında olmalıdır. 
2. Dinin mahiyyəti qəlbən inanmaqdan ibarətdir. Bu səbəbdən də yalandan din 
iddiasında olan münafiqlər kafirlərlə bir cərgədə dayanır. 
3. İslam kompleks bir dindir. Onda mərhəmət də, sərtlik də var.
4. İnsan küfr və nifaq sayəsində o qədər alçalır ki, aləmlərə rəhbər olan Peyğəmbər 
(s) də onlarla sərt davranır. 
5. Möminlərin kafirlər və münafiqlər tərəfindən öldürülməsi yalnız qiyamət əzabı ilə 
cəzalandırıla bilər. 
Ayə 10: 
 َبِع ْن ِم ِنْیَدْبَع َتْحَت اَتَناَك ٍطوُل َةَأَرْمٱ َو ٍحوُن َةَأَرْمٱ ْاوُرَفَك َنیِذ لِ ل الاَثَم ُ لِلّٱ َبَرَض﴿
 اَنِدا
 َف ِنْیَحِلاَص
یِل ِخا دلٱ َعَم َرا نلٱ َلاُخْدٱ َلیِق َو اائْیَش ِ لِلّٱ َنِم اَمُهْنَع اَیِنْغُی ْمَلَف اَمُهاَتَناَخ
﴾ َن
 
“Allah kafirlər üçün Nuh və Lutun zövcələrini misal çəkir. İki saleh şəxsin 
zövcələri olan bu iki qadın bizim bəndələrimizdən idilər. Amma həmin iki şəxsə 
xəyanət etdilər. Allah (Onun cəzası) qarşısında o iki qadın üçün peyğəmbərlərin 
əlindən bir iş gəlmədi. Onlara deyildi ki, daxil olun oda daxil olanlarla!” 
 
Nöqtələr 
1
“Əraf”, 157 
2
“Nisa”, 140; “Nisa”, 145 


71 
 
◘Bu ayədə iki qadın küfrün ən üstün nümunəsi olaraq tanıtdırılır. Hər iki qadın 
peyğəmbər ailəsindəndir, peyğəmbər zövcəsi olmuşdur. Amma onlar Allah düşmənləri 
əl-ələ vermiş, onlarla həmfikir olmuşlar. Sonrakı ayələrdə isə iki qadın ən üstün qadın 
kimi tanıtdırılır. Onlardan biri müşrik və zalım Fironun zövcəsi, digəri həzrət Məryəmdir. 
◘Surənin başlanğıcında iki peyğəmbərinin azğınlığından danışıldı. Buyuruldu ki, 
peyğəmbərə qarşı qurğu qursanız, bilin ki, Allah, mələklər və möminlər onun hamisidir. 
Surənin axırlarında həzrət Nuh və Lutun cəhənnəm əhli olan iki zövcəsi yada salınır. 
Onlar xəyanətlərinə görə cəhənnəmə daxil edilər. Həzrət Nuh və Lut peyğəmbər olsalar 
da, Allahın qəzəbi qarşısında zövcələrini müdafiə edə bilmirlər. 
◘Peyğəmbərin zövcəsi olmaq qurtuluş səbəbi deyil. İnsan peyğəmbərin övladı da 
olsa onu xoşbəxt və ya bədbəxt edən əməlləridir. Quranın başqa ayələrində də Lutun 
zövcəsinin bədbəxtliyi yada salınır.
1
Ən üstün tərbiyə üsulu dolayısı ilə tərbiyədir. Əbu Ləhəb, Nuhun oğlu da kafir idilər. 
Amma Allah peyğəmbər zövcələrini misal çəkir. Bu qadınlar peyğəmbərin sirrini 
açmaqda suçlanırlar. Bununla növbəti peyğəmbərin zövcələrinə xəbərdarlıq edilir. Onlar 
düşünməməlidirlər ki, peyğəmbərə bağlılıq qurtuluş açarıdır. 
◘Ailənin cəhənnəm odundan qorunması dedikdə tam müvəffəqiyyət nəzərdə 
tutulmur. Çünki bəzi ailələr itaətsizlik göstərir. 
◘Hədisdə bildirilir ki, həzrət Nuh və Lutun zövcələri cinsi baxımdan yollarını 
azmamışdılar.
2
Onların xəyanəti dedikdə peyğəmbərlə müxaliflikləri və müxaliflərlə 
həmkarlıqları nəzərdə tutulur. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin