72
“Allah iman gətirənlər üçün Fironun zövcəsini misal çəkir. Bir vaxt o dedi: “Ey
Rəbbim! Mənim üçün behiştdə öz yanında ev qərar ver, məni Firon və onun
əməllərindən xilas et, mənə sitəmkar qövmün əlindən qurtuluş nəsib et.”
Nöqtələr
◘Ötən ayələrdə iki azğın qadın nümunəsi tanıtdırıldı. 11 və 12-ci ayələrdə iki mömin
qadın nümunəsi təqdim olunur.
◘Fironun zövcəsi Asiya Musanın möcüzəsini gördüyü vaxt ona iman gətirdi. Firon
onu cəzalandıraraq əl-ayağını yerə mıxladı və onu yandırıcı günəşin altında saxladı.
Asiya ömrünün son dəqiqələrində Allahdan Onun öz yanında ev istədi.
1
◘İnsanın nümunə olması üçün onun peyğəmbərliyi və ya məsumluğu,
keçmişdə
təkallahçı olması zəruri deyil.
Fironun zövcəsi nə məsum idi, nə də müvəhhid. O
Musanın möcüzəsini görüb iman gətirmişdi.
◘Nümunə seçilmə baxımından qadınla kişi arasında fərq yoxdur.
Quran öz
Peyğəmbərinə (s) göstəriş verir ki, İbrahimin xatirəsini yaşatsın.
2
Eləcə də Məryəmi yada
salmaq tapşırılır.
3
Bu ayədə isə Fironun zövcəsi haqqında danışılır.
Dostları ilə paylaş: