Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə76/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   72   73   74   75   76   77   78   79   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Allahın insanı yaratmaqda məqsədi onu kamilləşdirməkdir. Məhz bu məqsədlə 
səmavi rəhbərlər göndərilir. Səmavi rəhbərlərsiz uyğun məqsəd həyata keçə bilməz. 
2. Dini bilərəkdən inkar etməyin sonu cəhənnəmdir. 
3. Azğın şəxs öz işinə don geyindirər. Kafirlər hətta Allahın nazil etdiklərini danar. 
4. Təkzibin kökü düşüncəsizlikdir. İslam təlimləri düşüncəyə uyğundur. Yaxşı 
düşünsək mömin olarıq. 
5. Həqiqi düşüncə insanı vadar edir ki, o haqqı dinləsin, qəbul edib tabe olsun. 
Yalnız bu yolla ilahi qəzəbdən qurtulmaq olar. 
6. İnadkarlıq ruhiyyəsi bir həddə çatır ki, azğınlar Allahın peyğəmbərlərini azğın 
adlandırır. 
7. Dünyada günahların etirafı insan üçün faydalı ola bilər. Axirətdə etiraf isə 
səmərəsizdir. 
8. Qiyamətdə kafirlərə həm fiziki, həm də ruhi əzab verilər. 
Ayə 12, 13, 14: 
َنیِذ لٱ نِإ﴿
 َهْجٱ ِوَأ ْمُكَل ْوَق ْاوُّرِسَأ َو﴿﴾ٌریِبَك ٌرْجَأ َو ٌةَرِفْغ م مُهَل ِبْیَغْلاِب مُه بَر َن ْوَشْخَی
 ْاوُر
﴾ُریِبَخْلٱ ُفیِط للٱ َوُه َو َقَلَخ ْنَم ُمَلْعَی َلًَأ﴿﴾ ِروُدُّصلٱ ِتاَذِب ٌمیِلَع ُه نِإ ِهِب
 
“Həqiqətən, batinlərində Rəbblərindən qorxanlar üçün bağışlanma və böyük 
mükafat var. Sözünüzü gizlədin və ya aşkara çıxarın (fərqi yoxdur). Həqiqətən, o 
(Allah) sinələrdə olandan agahdır. Yaratmış bir kəs (yaratdığından agah deyilmi). 
Hansı ki, (Allah) lətif və agahdır.” 
 
Nöqtələr 
 
◘”Nurus-səqələyndə” imam Rizadan (ə) nəql olunmuş rəvayətdə bildirilir ki, lətif 
dedikdə zərif yox, ilahi elmin hər şeyə nüfuzu nəzərdə tutulur. 
Bildirişlər 
 
1. Tərbiyə prosesində həm pislər məzəmmət olunmalı, həm də yaxşılar təşviq 
edilməlidir. Bu yolla müqayisə aparmaq mümkün olur. (Ötən ayələrdə cəhənnəm əhlinə 
əzabdan danışıldı, bu ayədə behişt əhli yada salınır) 
2. Allah qorxusu davamlı olduqda səmərə verir.


80 
3. Günahlardan paklanmaq ilahi lütflərə çatmaq üçün zəmindir. 
4. Həqiqi təqva və Allah qorxusu odur ki, insan öz batinində də Allahdan çəkinsin. 
Əks təqdirdə təqva zahiridir və nümayiş xarakteri daşıyır. 
5. Allah batinlərdən xəbərdardır. Riya və nifaqı bir kənara qoymaq lazımdır. 
6. Allahın elmi nüfuzludur və günahı gizlətmək mümkünsüzdür. Allah bütün 
niyyətlərdən, qəlblərdəki sirlərdən agahdır. 
7. Allah yaradan olduğundan yaratdıqlarından tam xəbərdardır. 
8. İnsanı nifaq və gizli günahdan saxlayan ən üstün amil onun Allahın elminə iman 
gətirməsidir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin