82
Rəhman Allahdan savayı kimsə onları saxlaya bilməz. Həqiqətən, o hər şeyi
görəndir.”
Nöqtələr
◘Quşların dəstə-dəstə uzun yollar ötüb keçməsi, köç üçün vaxt bölgüsü, dincəlmək
üçün enişi və uçuşu Allahın əzəmət və qüdrətindən danışır.
◘”Saffat” sözü quşların qanadlarını açaraq uçduğunu bildirir. “Yəqdisnə” sözü isə
quşların qanadlarını yığması kimi hərəkətə işarədir.
Bildirişlər
1. Allahın xəbərdarlıqlarına ciddi yanaşaq. (Keçmişdəkilər Allahın qəzəbinə gəldilər.
Qarun yerə batırıldı, Lut qövmünün başına daş yağdırıldı. Bu tarixdən ibrət götürməliyik)
2. Allah-taala öz peyğəmbərinə insanların təkzibi müqabilində təsəlli verir.
3. Keçmiş tarix gələcəkdəkilər üçün çıraqdır.
4. Peyğəmbərlərin təkzibi ilahi qəhr-qəzəb rəmzidir.
5. Maddi imkanlarınız sizi qürrələndirməsin. (Quşlar qanad çalmaqla pərvaz etsələr
də, onları havada saxlayan Allahın qüdrətidir.)
6. Heç nəyi Allaha şərik qoşmayın.
7. İlahi nemətlər Allahın mərhəmətindən qaynaqlanır.
8. Varlıq nizamı Allahın nəzarəti altında idarə olunur.
Dostları ilə paylaş: