Ayə 25, 26: َوْلٱ ْاَذَه ىَتَم َنوُلوُقَی َو﴿ َن اَنَأ آَم نِإ َو ِ لِلّٱ َدنِع ُمْلِعْلٱ اَم نِإ ْلُق﴿﴾َنیِقِداَص ْمُتنُك نِإ ُدْع ٌریِذ ﴾ٌنیِبُّم “(Kafirlər istehza ilə) Deyirlər: “Əgər doğru deyirsinizsə, qiyamət vədi nə vaxtadır?” Onlara de ki, (qiyamət haqqında) elm yalnız Allaha məxsusdur, mən sadəcə aşkar qorxudanam.” Nöqtələr ◘Quranda “məta hazəl vəd” cümləsi müxaliflərin dilindən 6 dəfə işlədilmişdir.
Peyğəmbər (s) onlara cavab verir ki, bu barədə elm yalnız Allaha məxsusdur.
◘Qeyb elmi iki növdür: Allahın öz seçilmiş bəndələrinə əta etdiyi qeyb elmi və
yalnız özünə məxsus olan qeyb elmi.
1
Təkcə Allaha məxsus olan qeyb elmindən
peyğəmbərlər də xəbərsizdir. Qiyamətin vaxtı yalnız Allaha məlum olan biliklərdəndir.
Duada oxuyuruq ki, yalnız özün üçün saxladığın elmin haqqına and veririk...
◘Qiyamətin vaxtının və xırdalıqlarının bilinməməsi onu inkar etmək üçün dəlil
deyil. Qapının zəngi çalınanda kimin düyməni basdığını görmürsünüz. Amma bu o
demək deyil ki qapı arxasında kimsə yoxdur.
Bildirişlər 1. Kafirlər bəhanə axtarırlar. (Onlar qiyamətin vaxtını soruşmaqla aradan çıxırlar)
2. Düşmənlər yersiz suallar, təhqir və istehzalarla əqidə məktəbi və səmavi məktəbi
alçaltmaq istəyirlər. Bu səbəbdən də Peyğəmbəri (s) yalançı adlandırırlar.
3. Heç bir dəyəri olmayan biliklər də var. Əgər insanlar qiyamət vaxtını bilsəydilər
həmin dövrə yaxın olanlar qorxuya düşər, uzaq olanlar qəflətdə qalardılar)
4. Peyğəmbərin vəzifəsi qeybdən xəbər vermək yox, insanları doğru yola
çağırmaqdır.
1
“Hud”, 49
85
5. Peyğəmbərlərin buyuruqları aydın və sadədir.
6. Qürurlu və inadkar insanlara xəbərdarlıq etmək lazımdır. Belələrini müjdə və
təşviqlə oyatmaq çətindir.