92
Nöqtələr
◘”Tudhin” sözü yağ mənası bildirən “duhn” sözündəndir.
Burada var-dövlətin,
sazişin təslim çiliyin pisliyinə işarə olunur.
◘”Həmmaz” sözü eyb axtaran mənasını bildirən “həməz” sözündəndir, “əyyab” sözü
ilə sinonimdir.
◘”Məşşain binəmim” dedikdə söz gəzdirmək üçün çalışmaq mənası başa düşülür.
“Mənnain lil xəyr” dedikdə xəsislik başa düşülür. Quranda malla bağlı xeyir sözü
işlədilir.
◘”Zənim” dedikdə əsli-nəsli bilinməyən şəxs nəzərdə tutulur. Zinadan doğulanlar
belə adlandırılır. İmam Sadiq (ə) buyurur: “Utull” böyük küfr, “zənim” küfrə həris şəxs
mənasını bildirir.”
1
◘Quranda Peyğəmbər (s) dəfələrlə azğınlara itaətdən çəkindirilir.
2
◘İnsanların xilası naminə düşmənin bütün sifətlərini tanıtdırın. Hazırkı ayələrdə
düşmənin 10-a yaxın xüsusiyyəti bəyan olunmuşdur. Əgər qarşı tərəflərdə bu sifətlərdən
biri varsa, ondan çəkinmək lazımdır. Bütün bu sifətlərə malik fərdlər haqqında isə
danışmağa dəyməz.
◘Xalqın qəbul və iatət etdiyi rəhbər nikbin olmalı,
xalqa ümid verməli, vəhdəti
qorumalı, təqvalı olmalı, təfriqə yaradan istənilən bir səbəbdən, eyb axtarmaqdan, söz
gəzdirməkdən, xəsislikdən, təcavüzdən, amansızlıqdan uzaq olmalıdır. Hazırkı ayədə bu
sifətlərə malik insanlara itaət qadağan edilir.
◘Quran ayələri dəfələrlə müxtəlif böhtanlara məruz qalmışdır. İlahi
ayələri
keçmişlərin əfsanəsi, pərişan yuxular, yalan, adi bir söz adlandırmışlar.
3
İddia
edənlər
olub ki, Quranın mətnini Peyğəmbərə (s) kimlərsə öyrədir.
4
◘Rəvayətdə nəql olunur ki, Allah-taala həzrət Şüeybə buyurdu: “Mən 100 minlik bir
cəmiyyəti qəzəbimə düçar edirəm. Hansı ki, onların 40 mini pis, 60 mini yaxşı
adamlardır. Bunun səbəbi yaxşıların öz dini qeyrətlərini itirməsi, günahkarlarla
barışmasıdır.”
5
İnsanın zəif olduğu üçün sazişə getməsi bəyənilmir. Amma qüdrətə malik olan vaxt
güzəştə getməyin eybi yoxdur. Məsələn, ata yenicə ayaq açmış övladını nəzərə alıb aram
yeriyir.
◘”Həmmaz”, “mənna”, “mötəd”, “əsim” sifətləri kafirlərə məxsusdur.
Uyğun
sifətlərə malik müsəlmanların kafirlərə yaxınlaşması təbiidir.
Dostları ilə paylaş: