Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə91/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   87   88   89   90   91   92   93   94   ...   317
NUR-TƏFSİRİ-12

Yanmış bağ əhvalatı 
 
Bağının meyvələrindən hər il yoxsullara infaq edən kişi dünyasını dəyişdi. Onun 
varisləri qərara gəldilər ki, yoxsullara bir şey verməsinlər. Yalnız bir varis bu fikrə 
müxalif çıxdı. Amma əksər qardaşlar xəsislik göstərib öz qərarlarını həyata keçirmək 
istədilər. Onlar qərara gəldilər ki, sübh tezdən yoxsullar xəbər tutmamış bağa gedib 
meyvələri yığsınlar. Onlar bağa getdilər, amma orada bir yığın kül gördülər. Onlardan 
biri dedi ki, yolu səhv salmışıq, bu bizim bağımız deyil. Başqa biri dedi: “Biz atamızın 
düzgün yolundan çıxmışıq, yoxsulları məhrum etmək qərarına gəlmişik. Ona görə də öz 
əlimiz boşda qalıb.” İlk gündən bu xəsis qərara qarşı çıxan qardaş dedi: “Sizə demədimmi 
ki, bu səhv qərardır?” Onlar Allahın qəzəbinə gəldilər və peşiman olub bir-birlərini 
danladılar. 
Bildirişlər 
 
1. Allahın sünnələridən biri də sınaqdır. 
2. Quran müxtəlif nümunələr göstərməklə bizi Allahın sınaqları ilə tanış edir. 
3. Yoxulların məhrumluğuna xidmət edən planlar sonda puça çıxır. 
4. Bəzən and dəyərsiz olur. 
5. Allahın qəzəbi təkcə axirətə aid deyil. Bəzən insanlar dünyadaca dərhal 
cəzalandırılır. 
6. Tənbeh və cəza Allahın rübubiyyət şənindəndir və tərbiyəvi əhəmiyyəti var. 
7. Kimsə Allahı qabaqlaya bilməz. (Onlar sübh dursalar da, bağı yanmış gördülər) 
8. Günah və cəza bir-birinə münasib olmalıdır. Yoxsulları məhrum edənlər özləri 
məhrumiyyətə düçar oldular. 
9. İnsanın planları və tədbirləri Allahın tədbirləri müqabilində təsirsizdir. (Varislər 
bir plan qurdular, Allah başqa tədbir tökdü.) 
10. Allah-taala yoxsulların hamisidir. Yoxsullar varislərin çıxardığı qərardan 
xəbərsiz olsalar da, Allah onların himayəsinə qalxaraq xəsisləri tənbeh etdi və bağı 
yandırdı. 
11. İnsanın xeyirə çatması onun hesabatlarından asılı deyil. Hazırkı əhvalatda 
xəsislər plan cızdılar amma başqa bir nəticə ilə üzləşdilər. 
12. Pis niyyət əməli addıma çevrilərsə, cəzaya səbəb olar. 
13. Yoxsullara fayda verməyən sərvət əvvəlcədən olmasa yaxşıdır. 
14. Hərislik və xəsislik var-dövlətin artmasına, xeyir əldə edilməsinə kömək 
göstərmir. 
1
“Təfsiri-nurus-səqəleyn” 
2
“Təfsiri Məraği” 
3
“Taha”, 97 


95 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin